Cavid Fərzəli. Qucaq açdığın yolların intiharı (ŞEİR)

Cavid Fərzəli. Qucaq açdığın yolların intiharı (ŞEİR)

Adam, həmişə əllərini məğlub bildiyi yerdən tutarmış.
Qorxuyla qazandığı hər şey üçün,
İçinə uduzarmış.

Eh dostum,     
Hər kəsin ürəyində
günahsız bir dustağı var,
Heç vaxt üstünə gələ bilmədiyi,
öldüyü bir yeri var,
Barışdığı göz yaşlarında.

Beləcə Taleyi qarımış bəxtəvər yollarda Tanrısız ölə bilmirsən.
Çünki tərk edilmiş ürəklər yenilməzdir.
Çünki günəşdən sonra barmaqlarımız doğulmur sadəcə ölür...

Və bütün yollara ayaqlarını bağışlamaqdısa qələbə...
Hardasa bir ana ürəyi ölür,
Hardasa vətənsiz bir ürək özgür yaşayır, 
Hardasa küçələr yetim inqilab böyüdür.

Daha sonra dönmək istədiyin hər addımında göy üzünə yağış düşməz.
Qollarına qədər olar qucaq açdığın yolların intiharı... 
Azadlıqsa tək bir divar dalında üç divarçün üşümək...