Caz dünyası

Caz dünyası

Danışarkən... Cümlələrini sonlandırmayan... Necə başa salsam... Olur e... Sonlandırılmamış cümlələr... Yarım qalmasının sayəsində... Qulaq asanlara daha çox azadlıq verən... İnsanların öz xəyal gücləri ilə tamamladıqları boşluqlar... Rəsm əsəri kimi, hər baxanın fərqli şey gördüyü... Hər mənaya gələ biləcək... Sonsuz məna... Həyatın özü kimi... Hər yanı açıq... Bax belə bir şey...
Caz janrında musiqi dinləyərkən içimi dolduran o azadlığı heç bir digər tərzdəki müsiqilərdə tapa bilmədim. Məsələn; hətta, klassik musiqidə belə bu hiss yoxdur, orada ideala çatma kimi bir dalğa hiss edirəm. Bir simfoniya daha yaxşı necə çalına bilinər? Skripka, fleyta, qoboy... Kim bilir, neçə dəfə, neçə üsulda yoxlayıblar... Riyazi mükəmməllik axtarışı narahat edici olur, bəzən. Hələ başlarında dirijor bir az məktəbdirektorunu, bir az fabrikdəki baş ustayı, bir az əsgərləri idarə edən vəzifəliyi xatırladır. İerarxiya narahat edir...
Ya caz? Hal hazırda Chet Bakerə qulaq asıram. Gör saat gecə neçədir... Olur e... Mahnının adı "In a sentimental mood/kövrək hissdə”... Bilmirəm belə bir mahnıya ad vermək məcburiyyəti var idi? Eyni hissəni tam olaraq üst üstə iki dəfə, eyni üsulda... Sanki...? Mümkün deyil. O da bilirdi bunu, əminəm...
Nə isə... Gəlin caz mood stilini yana qoyub bir kofe içək. Ardından normal bir cümlə qurmağa çalışaq... Louis Armstrongun birdə maraqlı sözü var: "Never play anything the same time twice/ heç vaxt nəyisə iki dəfə çalmayın”... Haqsızdır? Andre Marfaingin çəkdiyi şəkillər kimi əsər yaradacaqsan, bir də ərinmədən mahnılarına ad qoyacaqsan. Sanki iki hüzünlü gecə, depresyon, iki narko kriz eyni ola bilərmiş kimi... Yenə...
Sözlərlə ifadə edilə biləcək bir şey deyil Caz. Başa düşmək üçün onu yaşamaq lazımdır. Armstrongun dediyi kimi; isti əslində sərin ola bilər, sərin isə isti. Amma caz, dostum, cazdır.
Chet Baker kimi insanlar yataqda olmür, onlar elə ayaqda ikən ölür. Amma ətrafındakılar onları uzun bir müddət, bilmədən canlı sayır. Armstrong, " Musiqiçilər pensiyaya çıxmır, içlərindəki müsiqi bitdiyi zaman dururlar, Chet Baker də belə "durdu”"deyir. 13 may 1988 tarixində Amsterdamdakı otellərdən birinin qarşısında peredozlu vəziyyətdə tapıldı. Sonradan məlum olmuşdu ki, otelin 2-ci mərtəbəsindən yıxılıb və ya tullanıb. Amma əslində... Məncə o, 13 maydan çox əvvəl ölmüşdü. 
Marlyn Monroe demişkən, yaşamamaq üçün ölmüş olmaq lazım deyil, doğumdan etibarən yaşamayanlar varkən... Chet Baker də eynillə yaraşıqlı playboy, görünümü digərlərinin gözündə fərqli görsədilmişdi. Baxmayaraq ki, qızları bihuş edən sehri var idi, izdirab, satqınçılıq adında çox "sevginin” tamına baxdı. Yerdəki cənnəti eroində axtardı. "Həqiqi bir dost yoxdursa insanların ən sıx olduğu yerdə belə təksən”, dedi... Və yalnız musiqisi qaldı.