Cəfər Pənahinin hakimiyyətdən istəyi

Cəfər Pənahinin hakimiyyətdən istəyi

Ötən günlərdə güneyli rejissor Cəfər Pənahinin "Taksi” filminə görə Berlin kinofestivalının baş mükafatını – "Qızıl ayı”nı  qazanması haqda məlumat vermişdik.

Berlin festivalındakı qələbəsindən sonra Cəfər Pənahi İran Respublikasına üz tutub və filmlərinin ölkədə yayımlanması üçün icazə istəyib. "Variety”ə verdiyi müsahibədə rejissor "Əldə etdiyim qələbə çox böyük uğurdur. Buna çox şadam, amma mənim üçün ən böyük qələbə öz filmimi İran ərazisində nümayiş etdirmək olardı…” – deyib. 

Kult.az