Cəmil Quliyev kimdir?

Cəmil Quliyev kimdir?

nil donaldNil Donald Uolş kimdir? Məşhur Amerika mediumu Nil Donald Uolşun (1944-cü ildə anadan olub) üçcildlik “Allahla söhbətlər”, “Allahla dostluq”, “Afəsilllahla vəhdətləşmə” və s. əsərləri dünyanın 30-dan çox dilinə tərcümə edilib və 12 milyon tirajla satış rekordu vurub. İxtisasca jurnalist olan Uolş Amerikanın müxtəlif qəzetlərində reportyor, radiolarda tok-şou aparıcısı işləyib, reklamçılıqla məşğul olub. Amma bu işlərin heç biri ona iç rahatlığı gətirməyib və günlərin birində onu uğursuzluq zolağı içinə alıb: düz bir il parkda gecələməli olub. İşsizlik, xəstəlik və üzüdönük dostlar, tanışlar... Ruhsal axtarış yoluna çıxanların lap adi və lap doğma gerçəkliyi... Əziz Oxucu, bu giriş qeydlərində Uolşun 90-cı illərdə Allahdan qəbul etdiyi ismarıcların necə meydana çıxdığı barədə heç nə yazmayacağıq. Mətni oxuyub ya inanacaqsınız, ya da inanmayacaqsınız və hər iki halda haqlı olacaqsınız. Çünki Sizin seçim haqqınız Müqəddəsdir... Sadəcə, Əziz Oxucu, Sizdən bir ricamız olacaq: bu ismarıclara önrəyçiliklə və daşlaşmış qənaətlər prizmasından yanaşmamaq... Qısa ixtisarla Sizə təqdim etdiyimiz “Allahla söhbətlər” kitabı Amerikada böyük uğur qazandı və beş il ərzində satış rekordunu qoruyub saxladı. Və sonda əsərin janrı barədə. Allahdan İnsana göndərilən ismarıclar heç zaman kəsilməyib. Bu proses XX-XXI əsrlərdə daha da intensivləşib. Ötən əsrin sonlarından başlayaraq alizəkalı Kainat varlıqları – Krayon, Baş Mələk Mikayıl, Kirael və s. - Yer planına müntəzəm şəkildə məlumatlar ötürürlər. ( Bu proses Qərbdə “çənnəlinq” adlanır.) Bu da bütövlükdə planetin və bu planetdəki İNSANın sərgilədiyi ruhsal təkamüllə bağlıdır. (Əziz Oxucu üçün bildirək ki, bu proses Azərbaycanda da davam edir və ortada artıq kitab halında nəşr edilmiş ismarıclar da var.) Şahid  ___________________________________ Rus dilindən Şahid çevirdi [email protected]   ƏSƏRİN İKİ FƏSLİNİ OXUCULARIMIZA TƏQDİM EDİRİK: I FƏSİL II FƏSİL III FƏSİL