Daşqın Əliyev - Yaman yorğunam
- 21.04.2015
- 0 Şərh
- 1993 Baxış
Yaman yorğunam, Tiflis.
Çaxırın qan kimidi,
Ölmüş sevgilər dadır.
Yaman yorğunam, Tiflis.
Bir qurtum çaxırınla
Axıdırsan gözümü.
Yaman yorğunam, Tiflis.
Şer deyib ağlayan,
Pivədən şişmanlayan,
O, adamdan day artıq,
Əsər əlamət yoxdu.
Biraz arığlamşam,
Saçlarımda tökülür,
Dan yeridə qudurub,
Mən yatmamış sökülür.
Yaman yorğunam, Tiflis.
Meydanda at oynadan,
Rustavelli kimiyəm.
Babat nüfuzum qalıb,
Özümsə heykəl kimi,
Donub qalmışam burda.
Yaman yorğunam, Tiflis.
Yaman ağrıyır başım.
Vallah sənə, söz deyim,
İçdiyim çaxırların
Paxmeli deyil ağrım.
Biraz sevgi ağrısı,
Tərk edilmək qorxusu,
Əli kimi sevdiyim,
Ninoların qoxusu,
Yaman ağrıdır məni.
Deyən sənin başını da,
Ağrıdıram dost, Tiflis.
Gərək bağışlayasan.
Axı səndən savayı,
Kilsəsinə sığınıb,
Yorğun olduğumu,
Deyəcəyim şəhərim,
Yoxdu mənim, dost Tiflis.