Dünyanın ən bahalı rəsm əsəri

Dünyanın ən bahalı rəsm əsəri

     
Frensis Bekonun yaratdığı triptix fantastik qiymətə satılıb


Britaniyalı rəssam Frensis Bekonun 1969-cu ildə triptix janrında çəkdiyi rəsm əsəri hərracda 142,4 milyon dollara satılıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bununla da, o, dünyanın ən bahalı əsəri olub.

"Christies" hərracında satışa çıxarılan əsərə birinci 85 milyon qiymət verilib.

Qeyd edək ki, bundan əvvəlki rekord rəssam Edvard Munkanın "Çığırtı" əsəri idi. Həmin əsər 120 milyona satılmışdı.