Dövlət Musiqili Teatrı mövsümü festivalda açacaq

Dövlət Musiqili Teatrı mövsümü festivalda açacaq


Azərbaycan Respublikasi Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalına start verilib.  

Azərbaycan Dövlət Musiqili Teatrı bu festivalda Ə. Haqverdiyevin "Kimdir müqəssir” tamaşası ilə təmsil olunacaq. Proqrama əsasən, sentyabrın 19-da, yəni  festivalın bağlanış mərasimində kollektiv bu tamaşa ilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək.

Yaradıcı heyət sentyabrın 18-də Şəkiyə yola düşəcək və görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illik yubileyində və sənətkarın büstünün açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, respublikanın xalq artisti Lütfəli Abdullayev, 35 ildən çox Azərbaycan Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olmuş və məhz bu teatrın səhnəsində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdır.

Edebiyyat.Biz