Ədəbiyyat niyə futbola bənzəyir?

Ədəbiyyat niyə futbola bənzəyir?

Kult.az saytı sizə aktuallığı ilə əlaqədar olaraq İngiltərənin məhşur köşə yazarı Dan Franklinin 2010-cu il 14 may tarixli "Ədəbiyyat niyə futbola bənzəyir?” yazısını təqdim edir.

Sabah kubok finalı var. Futbol mövsümü rəsmi olaraq bağlanır. Çelsi, liqanın son sırasındakı Portsmutu böyük ehtimalnan məğlub edəcək. Dünyanın ən böyük idman hadisəsi olan Dünya Kubokunun başlamasına isə yalnız bir ay qaldı. Buna görə də düşünürəm ki, görəsən futbolun nəşriyyatla necə bir əlaqəsi ola bilər? Xüsusilə də kitab nəşriyyatla? 

Adım kimi əminəm ki, şair Simon Armitaj, Faber və Faberin üçün imza verərkən  haqlı olaraq özünə bu sualı soruşmuşdur –  Şeir dünyasının Mançester Yunaytedində oynamaq varkən niyə bir başqa komandanı seçim?  "İmza vermək.” deyəndə futbolçular və yazıçıların bir çox oxşarlığlarınından sadəcə biri üzə çıxır. Bu açması qəliz olan tapmaca deyil. Amma... Ammasını dinləyin.

Lionel Messi (nə qədər mübahisəli olsa da) dünyanın ən yaxşı futbolçusudur. Bu yaxınlarda Nou Kampda babat oynayan Arsenallıları darmadağın etdikdən sonra İngiltərə qəzetləri "MESSI-H" deyə başlıq yerləşdirdi. Yəni Messinin, Barselonanın ulduz futbolçularından biri olduğu qətidir. Deyəcəyim odur ki, məncə Barselona Messini nəşr etmişdir. 

Nəşriyyat sektorunun virtual sahəyə sürüşməyə başlamasıyla son zamanlarda tez-tez eşitdiyimiz sual isə budur ki – yazarlar onlayn mətbuatda yazılarını sata biləcəkləri təqdirdə nəşriyyata niyə ehtiyac duymalıdır? 

Nəşriyyatın imtina edilməz olmasının səbəbi ilə dünyanın ən yaxşı klublarının ən yaxşı futbolçuları istəməsinin səbəbi məncə eynidir. Ən yaxşı futbolçular ən yaxşı komandalarda müvəffəqiyyətə çatar. Bir futbol komandası oyunçusuna dəstək (maddi, psixoloji, məntiqi), infrastruktur, taktika və tərif qazandırar. 
Eyni şəkildə bir nəşriyyat şirkəti də redaksiya tövsiyələri verir (redaktorunuz sizin menecerinizdir, Brian Kloqunuzdur, Aleks Ferqisonunuzdur, Joze Monrinyonuzdur, hətta Allah qorusun, Diyeqo Maradonanızdır). Nəşriyyatdakı köməkçi qrup sizin adınıza marketinq, reklam və dizayn edər; eynilə məşqçi qrupunun edəcəyi hər şey kimi. Hamısından kənar, nəşriyyatı, ticarəti təqib edən bir idarəçi, bəlkə bir futbol direktoru, ya da redaksiya direktorudur. Barselona üçün bu işləri görən isə ümumiyyətlə öz klub üzvləridir. 
Məsələn; nəşr haqları müqaviləsində bir futbolçunun öz ölkəsinin milli yığmasında oynaya biləcəyini ifadə edən maddəyə əsaslanaraq Barselona Messinin bir aylığına Argentinaya getməsinə icazə verə bilir. 

Bu oxşarlıqlar daha da çoxaldıla bilərmi? Nəşriyyatınız kitablarını yayınladığı digər yazarlar sizin komanda yoldaşlarınızdırmı? (Maraqlıdır – Xerard Pikenin kitabının təqdimatına bütün komanda yoldaşları gəlmişdi.) Yazmaq kimi fərdi fəaliyyəti futbol kimi komanda idmanıyla həqiqətən müqayisə etmək olarmı? Roy Hocsonun rəhbərliyi ilə "möcüzəvi" bir şəkildə UEFA kubokunun finalına vəsiqə qazanan Fulhem ilə müqayisə ediləcək bir nəşriyyat evi  varmı? 
Əgər Messi, Barselonadan ayrılıb yola tək davam etsəydi, "America Got talant” yarışmasında qarşımıza çıxıb topla şou göstərərək bizi əyləndirənlərdən olardı. Eyni şəkildə ulduz bir yazarın nəşriyyatdan ayrılması da bir işə yaramayacaq. Çünki nəşriyyatlar, oxucu kütləsi meydana gətirmə mövzusunda olmasa belə, təmin etdiyi investisiya və məşqçilik mövzusunda çox böyük həyati əhəmiyyət daşımaqdadır. 

Yenə də, bəzi yazarlar fərdi şəkildə böyük müvəffəqiyyətlərə imza atmışdır. Futbolçuların da çox kiçik bir qisimi fərdi hesablarına inkişaf göstərib. Bu şansı əldə edə bilməyənlər isə insanları kitab oxumağa sövq edəcək, ya da qabiliyyətlərinə heyran buraxmağı təmin edəcək nə varsa sınayıb dayana bilər. 
Təbii ki, bütün bunların ola bilməsi üçün yazarların və futbolçuların bir sıra xarici qabiliyyətlərə sahib olması lazım olduğunu söyləməyə ehtiyac yoxdur. Çünki qabiliyyətsiz heç bir şey olmaz... 

Bu nəzəriyyə ilə ortaya bəzi qaçınılmaz suallar da çıxmaqdadır. Məsələn: Yazıçılar Birliyi ilə Futbol Federasiyası bir-birinə bərabər ola bilərmi? Kitabçıların əslində səssiz futbol stadionları vardırmı? Ədəbiyyatçılar hansı manikenlərlə görünür? Hansı nəşr şirkəti hansı futbol klubuna bənzəyir? Bir də unutmuşdum az qala, İngiltərə bu yazıyla dünya kubokunu qazanarmı sizcə?

Tərcümə etdi: Rahim Şaliyev