Əhəd Əlizadə- Kədər yüklü uşaq

Əhəd Əlizadə- Kədər yüklü uşaq

Bir uşaq gördüm güzgüdə Ruhunda qocalıq məskən salıb Keçirdiyi bu qədər illərdə Cisminə payız gəlmiş Ruhunda fəsli növbaharıdır Bir uşaq gördüm güzgüdə Xoşbəxtliyini beşiyinə həvalə edən Arzularını gözlərinə xəyal edən Uşaqlığı uşaqlığına yadigarıdır Böyüdükcə anlayırdı sanki Müqəddəslər günlərlə alçalarkən Alçaqlar müqəddəşmiş bir dünyada Tanrı sevgisi ilə boğulan Səmazən,bəxtiyalar bəxtiyarıdır Bir uşaq gördüm güzgüdə Cismi qəlbim kimi soyumuş Gözlərinə kədərini yükləmiş Səssiz gülüşlər bəxş edirdi Sevgini bu insanlar anlamaz Çün sevgi sevənçün biixtiyaridir Ey kədər yüklü uşaq, Bir gün gələr mən gedərəm Cismim sənin, Ruhum Tanrının yarıdır..