Elçin Əfəndiyev telekanalları sərt tənqid etdi

Elçin Əfəndiyev telekanalları sərt tənqid etdi

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan telekanallarındakı verilişlərin səviyyəsi ilə bağlı narahatlığını ifadə edib.

Azərbaycan Dövlət Televiziyası (AzTV) Qapalı Səhmdar Cəmiyyətində İlyas Əfəndiyevlə bağlı çəkilən “Ləyaqət hücrəsi”adlı filmin təqdimatında baş nazirin müavini bildirib ki, televiziya kanallarında bədii-estetik nəzarət olmalıdır: “Mən belə deyəndə bəzi qəzetlər yazırlar ki, Elçin senzuranın tərəfdarıdır. Bəli, mən bədii-estetik senzuranın tərəfdarıyam. Çünki, Azərbaycanda bəzi televiziya kanallarında toyxana ilə mavi ekran arasında, laqqırtı ilə söhbət arasında fərq götürülüb. Bu, məndə çox narahatlıq yaradır”.

E. Əfəndiyev bu baxımdan AzTV-nin verilişlərini digər kanallara nümunə çəkib: “AzTV-də göstərilən verilişlər bu günkü Azərbaycan teleməkanı üçün xarakterik deyil. Hamı görür ki, indi hansı səviyyədə müğənniləri, oxuyanları, aşıqları efirə çıxarırlar. Bu, Azərbaycan mədəniyyətinə layiq olmayan faktdır”.

APA