Əli Mustafa – Laiq deyilsən

Əli Mustafa – Laiq deyilsən

Mən niyə sevmişəm səni de, niyə?

Sənki sevgimə layiq deyilsən.

Könlümü vermədim özgə kimsəyə,

Bu sevən könlümə layiq deyilsən.

 

Səni xəyalımda, hər an yaşatdım.

Sevgimlə mən sənə, dünya yaratdım.

Sevdim mən özümü odlara atdım,

Sənsə bu sevgiyə layiq deyilsən.

 

Qəlbimdə nifrətə,qapı açmadım.

Hər bir yalanını mən bağışladım,

Səninçün gözümdən yaşlar axıtdım

Bu gözyaşlarıma layiq deyilsən.

 

Sənsiz küçələrdə, üşüdüm əsdim.

Bəzən külək olub,yolunu kəsdim.

Sən oldun həyatda yeganə qəsdim.

Sən mənim sevgimə, layiq deyilsən.

 

Gözləmə bir daha,dönən deyiləm,

Mən səni yenidən sevən deyiləm.

Yalvarma üzünə, gülən deyiləm.

Sən gülən üzümə, layiq deyilsən

Sən mənim sevgimə layiq deyilsən.

 

Əli Mustafa