Əlimi it kimi qapıb kasıblıq - ŞEİR

Əlimi it kimi qapıb kasıblıq - ŞEİR

Nəriman Zeynalzadə

Gözümü açmağa aman verməyir,
Əlimi atmağa saman verməyir,
Quruca bir kəlam, salam verməyir,
Əlimi it kimi qapır kasıbliq.

Arzular, istəklər sabaha çatmır,
Bir dərdin dərmanı yüz aha çatmır,
Yazdığım şeirlər uzağa çatmır,
Əlimi it kimi qapır kasıblıq.

Mən dözdüm hər günə, dedim düzələr,
Düzdə də uzalı qaldı düz əllər,
Çətin ağarası qara üz, əllər,
Əlimi it kimi qapIr kasıblıq.

Axşamı, səhəri talan-talandı,
Bir gecədə millət necə talandı,
Axı görən məni necə tanıdı?
Əlimi it kimi qapır kasıblıq.

10.03.2015