Elnur Hüseynov “O səs Türkiyə”nin finalında - Video

Elnur Hüseynov “O səs Türkiyə”nin finalında - Video

"O səs Türkiyə” müsabiqəsinin yarımfinal gecəsi olub.

ANS PRESS xəbər verir ki, yarışmada iştirakını davam etdirən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov yarımfinalda çıxış edib. Həmyerlimiz bu mərhələdə ölməz sənətkar Rəşid Behbudovun "Sənə də qalmaz” ("Yalqızam”) mahnısını səsləndirib.

İlk səsvermədə 6-lığa daxil olan həmyerlimiz və digər ifaçılar növbəti dəfə çıxışlarını ediblər. Son olaraq, 4-lükdə də yer alan Elnur finala vəsiqə qazanıb.

Münsiflər də onun çıxışını bəyəniblər və Elnur müsabiqənin yekun mərhələsinə - finala keçib.

Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Edebiyyat.biz