Elnur yenidən

Elnur yenidən "Eurovision"a gedir - türk mediası

Türk mətbuatı "O səs Türkiyə”də qalib olan həmyerlimizlə bağlı maraqlı iddia irəli sürüb. 

Axşam.az-ın "posta.com”a istinadən xəbərinə görə, o, tamaşaçılardan 1 milyon səs toplayaraq, yarışmanın tarixində rekorda imza atıb. Məqalədə eyni zamanda Elnurun Azərbaycandan sevindirici xəbər aldığı da qeyd olunub:

"Azərbaycan Elnur Hüseynovu bu ilin mayında Avstriyada keçiriləcək "Eurovision” mahnı yarışmasına göndərəcək. 2008-ci ildə sözügedən yarışmaya qatılan ifaçı səkkizinci yeri tutmuşdu. 

Peşəkar sənətçinin "O səs Türkiyə”də yer alması da söz-söhbətə səbəb olub. Layihənin rəhbəri Acun İlıcalı yarışmadakı iştirakçılardan yeddisinin müxtəlif klublarda müğənnilik etdiyini və bu məsələdə heç bir sərhəd qoyulmadığını söyləmişdi”.

Edebiyyat.biz