Elyar Polad. Dar ağacı ona baş əydi (HEKAYƏ)

Elyar Polad. Dar ağacı ona baş əydi (HEKAYƏ)

"Dar ağaci ona baş əydi” hekayəsi Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi və İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyi görkəmli dövlət xadimi, hüquqşünas, publisist, şair Milli Hökumətin Baş Prokuroru Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsində fəxri diploma layiq görülüb.  Bu münasibətlə yazar Elyar Poladı təbrik edir və həmin  hekayəni oxucularımızın ixtiyarına veririk.

(Firidun İbrahiminin əziz xatirəsinə…)

Baharın son ayının ilk günü Təbrizin havaları isinsə də, zindan zirzəmidə yerləşdiyi üçün hələ bəndin divarları qışın soyuğundan ayılmamışdı. Eni üç, uzunu dörd metr olan yer köhnə odeyalla örtülmüşdü. divarları kir basmış, əyri-üyrü, bəlli olmayan cızıqlar duvara əibəcər görkəm vermişdi. Hündür  tavanda balaca bir işıq lampası öləziyrdi. Tavandan bir qarış aşağı balaca bir dəmir daraqlı pəncərə vardı. Günəş batanda oradan sarı-qırmızı qat işıq içəri düşərdi. Məhbusların burada yeganə sevinc və fərəh vaxtı elə günəşin batan çağı o bir neçə dəqiqə olardı. Günəş sonra zindanın uca duvarları arasında gizlənərək qəm-qussəni yenidən qaytarırdı. Bəndin nəmli və soyuq havası orada oturan dustaqları büzüşməyə vadar etmişdi. hərkəs öz xəial aləminə dalaraq, dizlərini qucaqlayıb bəlli olmayan gələcəyini düşünürdü…

Milli hökümət dövründə dadistan vəzifəsində çalışan zaman boş vaxtlarını bu dustaqxanada keçirərdi. Riza şah dövrünün dustaqlarının pərvəndə(qovluq)lərini oxuyub günahsızları buraxmışdı. Yenə dustaqxanaya gəldi, oxumağa pərvəndə qalmamışdı, bəndləri dolaşmağa başladı. dustaqlarla hal-əhual tutdu. vəziyyətlərini öyrəndi, şikaytlərin dinlədi.  Salonun küncündə yerləşən bənd ömürlük cəza almışlara məxüsus idi. qapının açılmasını istədi. içəri girdilər. Bənd işıqsız və ürək sıxıcı olduğundan darıxdı. ətrafa göz gəzdirdi. Gözləri qaranlığa alışan zaman dörd nəfərin burada olduğunu bildi. Bir-bir onları nǝzǝrdən keçirdi, nǝzǝrı qoca bir dustağın uzundə dayandı. Qoca  əllini çoxdan haqlamışdı, üz-gözünün qırışları, ənginin batığı onu daha da yaşlı göstərirdi. Saç-saqqalı çal olduğundan məsüm bir görkəm almışdı. Adını və günahını soruşduqda, qoca utancaq və kədərli halda: «adım Əyyub dir, günah deyində qismətim bu imiş qadan alim, nə bilim, kaş o gün heç evdən bayıra çıxmayaydım, işdir başıma gəlib, kişinin də başına iş gələr, qadan alim» -  demişdi.

Zindan rəisi onunla birlikdə idi. tapşırıq verdi: «Əyyub dayını yanıma gətir» -  deyib bənddən çıxdı, zindanın təmizliyini və yer örtüklərini, duvar-qapılarını nǝzǝrdən keçirdi, qayıdıb rəiysin otağına getdilər.

Əyyubun  işini istədi, Əyyub hələ də ayaq üstə durmuşdu,  ona yer göstərdi uturmaq üçün. Rəis Əyyubun işi qovluğunu onun qabağına qoyub kənara çəkildi. O, işi oxuyandan sonra uzunu qocaya tutdu:

-Əyyub dayı, burada etiraf edib və barmaq basmısan ki, Mərəhü Zeinalı qəsdən, ölüm amacı ila vurmusan və məhkəmənin qərarına etiraz etmədən gönahlarını boynuna almısan.
Əyyub əllərini bir-birinə sortərək  başını aşağı salıb:

- Başına dönüm. mən savadsız bir adam nə bilim orada nə yazılıb. məni heç danişdiran olub ki, barmaq da basam? Bayaq dedim, indi də deyirəm, kaş qıçım sınaydı, o gün evdən bayıra çıxmayaydım.

O fikrə dalaraq susandan sonra:

- Əyyub dayı, o günü xatirlayırsan? yadında qalanı deyə bilərsənmi?

Qoca yerində bır az qurdalandı, dərindən nəfəs alib köks ötürdü:

- Yazın orta ayının ilk on günlüyü olardı bala… səhər çağı sübh namazından sonra mənım su növbəm idi. Hava hələ qaranlıq idi. Yuxudan ayıldım,  dedim bevaxta qalmayım, namazı da elə örüşdə qılaram. Durdum ayağa bağlamanı və beli götürüb getdim yoncalı bağa. Hava hələ də ayazımamışdı, küçələr saktlık idi. Yoncalı bağ kənddən bir az aralı idi. Mən bağa çatar-çatmaz hava ayazıyrdı. Vərganları sahmanlayıb, su yolunu rahatladım. Yan-yörəni dolandım. Kəndin naxırları və çobanlarının hay-harayı eşidilirdi. Azan səsi gəldi. Qabda gətirdiyəm su ilə dəstəmaz alib, namazımı qıldım. namazı qurtarandan sonra arxa su gəldiyni gördüm. Başladım su yollarını yenidən təmizləməyə, vərganı möhəkəmləndirməyə. elə bu zaman zeinal peyda oldu. və başladı mənimlə höcətləşməyə: «su növbəsi mənimdir, sən niyə öz  bağını suvarırsan?». Mən də dedim: «səhər-səhər ovqatımı korlama, oğul! Bütün kənd əhli bilir bu saat mənım növbədir». Baş ağrısı verəməyim, sözümüz çəp gəldi, yaxamdan tutdu, mən biləyindən yapışıb itələyib, özümdən kənarlarşdırmaq istədikdə, yer soruşkən olduğundan o, vərgana tərəf yıxıldi. Başı vərganda olan böyük sal daşa dəydi , mən onun qollarından yapışıb silkələdim.

Hay-haray çəkdim. Qonşular gəldilər. onun öldüyünü bildirib məni qinadılar. Bu zaman Zeinalın atası kəndin ərbabının mubaşırı gəldi və bu günəcən burdayam.

Araya sükut çökdü. məhbusun aparılmasını istədi, sonra uzunu həbsxana rəisinə tutub  dedi:

- Bu işi yenidən istintaqa göndərin, kənddə yerli adamlardan tǝhqiq edin, ətraflı öyrənin, günahsız olduğu isbat olunarsa azad edin. Nəticəni mənə bildirməyi  unutmayın.

Bəndlərin təmizlənib boyanması barədə, həzinə və xərcini bilmək istədi. durub gedəndə, bəndi bir həftə içində boyatdırıb, təmizlənməsini istəmiyşdi. Növbəti görüşdə rəisin işindən razı qalmışdı. Əyyub dayının işinin nə yerdə olduğunu soruşduqda, rəis: «istintaq gedir. yəqin edirəm bir iki günə yekunlaşar. kənddə hamı bu kişinin sadə və qayğıkeş olduğunu vuruğulayır, günahsız olduğuna dair yetərli dəlillər var, sənədləri toplayıb sərəncam üçün sızə göndərərəm».-demişdi. indi lal səküt içində o günləri xatirlayıb, gələcəyin nə olacağının fərqində deyildi.

Bəndin dəmir qapısı ətürpədici səslə açıldı. uca, qarnı yoğün, gözlərindən zəhrimar tökülən gözətçi kobud səslə çığırdı:

- Firidun! Sənə bağlama var.

Firidun təmkinlə ayağa durub bəndin qapısna tərəf getdi, bağlamanı alib geri döndü,  dustaq yoldaşlarını təbəssümlə süzərək yerində oturub, bağlamanı açdı.
Səliqəylə ütülənmiş qara pencək-şalvar, ağ yaxası və qolları nişastalı köynək, al qırmızı rəngdə qalstuk, parlaq qara başmaq, bir cüt təzə corab və bir məktub zərfi. Əşyaları ayırdıca bir-bir kənara qoydu, zərfi ehmalca  göturub tələsmədən açdı, xətt tanış idi, Fəridə yazmışdı:

«Əzizim Firidun.

İstədiklərini göndərirəm. çox üzgünəm, bu paltarları ütüləyib qurtarınca yüz dəfə ölüb-dirilmişəm, həqiqət nə qədər acı olsada, onu dərk edib düşünmək, olduqca ağırdır, bu şərayitdə sənin nə fikİrdə olduğunu və nə düşündüyünü ağlıma belə gətirə bilmirəm.

Dustaqxananın rəisilə çox danişdim. yalvardım, ancaq görüş icazəsı verilmədi. Bilirəm sənin tutduğun və çalışdığın həqiqət və insansevərlik yolu davamlı olacaq. inaniram sən bu günlərə həmişə hazır idin. inam və iradəylə bu yola qədəm qoymuşdun, sənsiz yaşamaq mənimçün çox ağır və dözülməz olacaq.

Mən çalışacağam oğlumuz Aydını vətənpərvər və insansevr ruhda böyudub, tərbyiə edəm, bu dunyada hər kəs düşüncəsi qədər iz qoyur, bizim tale yolümüz bu imiş, sən bacardığın qədər iz qoya bildin, hər addımın gələcək naminə, vətənin azadlığı uğrunda mübarizə yolunun məşəlinə çevrildi, inaniram bu işıqlı yol davam edəcək, sənin düşüncələrin və fədakar iradə və inamin gələcək vətən oğullarının yolunu işqlandiracaq, vətənimiz, əbədi azadlıq bayrağı altında səni və mübariz yoldaşlarını əbədi xatirlayacaq.

Əminəm ki, bu yolda var gücünlə mübarziə apardın, nə qədər dunya yaşayır, sənin ruhun, düşüncə və fikirlərin Azərbaycan və vətənsevərlərin yoluna işıq saçacaq.

Səni sevirəm:  Fəridə».

Məktubu səliqəylə qatlayıb, zərfə qoydu. «Aydın» sözü onu çox sarsıtdı, doqquz aydan artıq idi oğlu dunyaya göz açmışdı. bir dəfə də olsun onu görməmişdi, qoxulayıb bağrına basmamışdı. 
«Yəqin indi iməkləyir, bəlkə də əlindən yapışsan ayağa durub bir-iki addım da atar. Bir azdan sözləri öyrənməyə başlayacaq. Görəsən ilk deyəcəyi söz nə olacaq?”

Oğlunun taleyni düşündu. ata nəvazişındən uzaq olacağını, atasız böyuməsini, ruzigarın qəddar pəncəsində arxasız və köməksiz olmasını…

Fəridə ilə birlikdə bu adı seçmişdilər.,bir gün axşam şam yeməyindən sonra sözləri uşaq haqqda oldu. onu necə böyudub başa çatdırmasından danişdilar. Fəridə oğlan uşağı olmasını dedikdə Firidun, uşağın cinsi haqqda heç bir söz demədən sağlam olmasını istəmişdi. Uşağın dunyaya göz açmasını sevinclə gözləyirdilər. ancaq belə olmadı, bu səadəti onlara çox gördulər, şah üsul idarəsı milli hökuməti darmadağın edərəkTəbrizin küçələrindəki qanovlarda su yerinə qızıl qan axıtmışdı.

Şəhərdə güllə səsi bir an səngimirdi, hər gülləylə bir ailə başsız qalırdı. vay oğul! vay qardaş! vay ata səsi bütün şəhəri burumuşdu. Təbrizə yağan və yerə çökən ağ-appaq qar, igid və aslan oğulların, ataların və qardaşların isti qanı ilə əriyb küçələrdə qırmızı yol salmışdı…

Pencək-şalvarı əlinə alib, sağa-sula çevirdi. bütün varlığı ila yaddaşını vərəqlədi. gözləri yol çəkərək, sımasını şux bir təbəssüm bürüdu:

«İkinci dunya savaşı başa çatmışdı, mütəfiq dövlətlərlə Almaniya arasında sulh müqavıləsı bağlanmışdı. Fransanin Parıs şəhərində sulh konfransı adından bütün dunya dövlətlərindən numayəndə istənilmişdi.  Cənubi Azərbaycan milli məclisi tərəfindən onu Fransız  dilini mükəmməəl bildiyi və bacarıqlı  dıplomat olduğu üçün numayndə təyin etmişdilər. Konfransın vaxtına bir ay variydı, Ədliyyə idarəsində tapşırıqlarını işçilərin öhdəsinə buraxıb hazırlıq görürdü.

Təbrizin məşhur dərzisinin dükanına gedib parçanı bəyənmişdi. dərzi onun ölçülərini götürdükdə onun tikəcəyi pencək-şalvara inamini artırıb demişdi:«maşallə, göz dəiməsin. bu ölçülərlə lap naşı dərzinin də işi əla alınar». Firidun isə gülümsəiərək demişdi: «görək nə edirsən, elə bir iş görməlisən, bütün konfrans iştrakçıları bilməlidirlər ki, ancaq Təbriz dərzisinin işi ola bilər». Dərzi onun gözlərinin içinə baxaraq: «narahat olmayın, siz hər nə geyinsəniz,  gözəl yaraşacaq. bu qəd-qamət və duruşuq hər naşı dərzinin işinin qusurlarını örtər»-demişdi.
Pencək-şalvarı bir tərəfə qoydu. köynəyi götürüb burnunun ucuna toxundurdu. gözlərini yümdü, həmişə səhər evdən çıxmamış vurduğu ətrin qoxusu, beynini xumarlandırdı, bir an dustaqda olduğunu unutdu, sanki səhər tezdən işə getməyə hazırlaşdığını düşündü. 

«iki gün səfərə qalmış, Fəridə ilə Təbrizin bütün köynək və başmaq dükanlarını dolaşmışdılar, hər köynəyə əl qoyduqda, Fəridə yox demişdi. nəhayət dükanların birəndə, Fəridə bu köynəyi götürüb: «bax! necə də qar kimi ağappağ dir» -demişdi. Firidun:«axı bu köynəyi bir dəfə geydin gərək yüyüb və yaxası ilə qollarını nişastalayıb, ütüləyəsən. bu səninçün çətin olar.» 
 Fəridə:«Eybi yoxdür, konfransa gey, sonrasına da baxarıq» -deyə onun razılığını almışdı. parlaq qara başmaq və al-qırmızı qalstuku da Fəridə bəyənmişdi».

Bayaqdan dinməz-danışmaz hamı onu suzurdu. Firidun xəialdan ayrılarkən dostlarının baxışlarını üzərində hiss etdi. utancaq halda, təbəssümlə: « bağışlayın, başım qarışdı.» -dedi.
Ona yaxın outran,  son gönlər ona məhəbbətlə yanaşan Əhməd, dərindən ah çəkib, köks oturdu: «eh… dunyanın işini bilmək olmur, dünən hökm verib, qərar çıxaran hakım, bu gün məhkəmə olunub, ağır cəza alır.» -dedi.

Heç kim danışmırdiı. bəndin havası ağırlaşmıdı. lal suküt içində dustaqlar naməlum gələcəyi düşünürdülər xatirələrə dalaraq, keçmiş günləri xəyallarında canlandırıb ömürlərinin yadda qalan sevncli və kədərli anlarını göz önünə gətirirdilər. Yenidən doğulsaydılar, yəqin yenə bu yolün yolçüsü olaraq, keçmişdə olan nöqsanlarını və bilmədən etdikləri səhvləri aradan qaldırıb uğurlu gələcək üçün, inamlı addımlar atardılar, bəlli olmayan sabah onları öz içinə qapadıb, əzizlərinin naməlum taleynin nə olacağını fikirlərşirdilər. Neçə gün yaşayacaqları və buradan necə qurtaracaqları bəlli deyildi.

Gecə yarıdan keçmişdi. dustaqxananı ağır və darıxdırcı bir suküt bürümüşdü. Hərə bir tərəfdə uzanıb öz içinə qapanaraq gözləri yol çəkirdi. Bayırda cırcıramaların kəsik-kəsik səsi eşidilirdi. hardasa uzaqda, it hürdü.

Firidun durdu. gedib barmaqlarının ucu ilə qapının suyuqcanını taqqıldatdı. dustaqxana gözətçisi qapida quraşdirilmiş balaca siyirməni çəkib boğuq və yuxulu səslə: «nədir? gecənin bu vaxtı nə istəyirsən?» -deyə ona zəhmli baxışlarıla naraziliğini bildirdi.

Firidun sağ əlinin barmaqlarının ucu ilə çənəsinin biz tüklərini tumarlayaraq: «islah etmək istəyirəm.», -deyib gülümsədi.

Gözətçi eşitdiklrinə inanmayib gözlərini bərəldib:«necə? islah etmək! gecənin bu vaxtı?»-deyib, könülsüzcəsinə qapını açıb, onu yol verdi. Qapını bağlayıb, onunla bərabər gözətçi otağına gəldi.

Balaca kir basmış güzgü, bir tas, firça, sabun və islah tığını duvarın küncündəki balaca mizin üstünə qoyub, otağın o biri kuncundə olan odun ocağının üstündəki çaynıkı göturub , tası yarıya qədər isti su ilə doldurub, yenidən çaynıkı yerinə qoyaraq, təxtin üstündə əiləşdi.

Firidun təşəkkur edib səndəldə oturdu. gözgünü duvara söykəyib, firçanı isti suda dolandırıb, islatdi. firçanı sabunlayıb uzundə gəzdirdi. isti sabunlu su üzünə toxunduqca xoş bir hiss onu bürüyürdü. neçə vaxt olardı bu təhər ilıq su həsrətində idi. tələsəmədən uzunun hər yerini sabunlayıb, sifətini sabun köpüyündə gizlətdi. islah tığını götürüb aram və səliqəylə uzunu qırxmağa başladı.

Kənarda taxt üstə oturan gözətçi heyranlıqla onu suzur. hər bir hərəkətini izləyib, göz qoyurdu. öz-özünə:«vallah, adam məəttəl qalır, bunlar nə ürəkləri böyuk insanlardırlar, ömründən heç iki saatda qalmır, ancaq hər şeyi düşünür, bircə ölümdən savayı. sanki toy hicləsinə hazırlaşır. elə bil iki saatdan sonra bunu yox,məni asacaqlar» -mizıldandı.

İslahı qurtarıb, qalxdı. köynəyinin ətəyilə uzundə qalan köpükləri silib: «çox sağ olun, şərait yaratdığın üçün təşkkur edirəm», - gözətçi də qalxaraq onunla bəndin qapısına qədər gəldi, qapını açıb içəri buraxdı.

Firidun içəri girəndə hamının uzundə təəccüb dolu sual gördü. bir söz demədən, keçib yerində əyləşdi. Bayırda bayquş uladı, uzaqlardan it hürməsi gəlirdi.
Əhməd gözlərini ona dikrək: «mən sənin bu əxlaqinin heyranıyam, canım bəlli deyil bir saat ya nə qədər diri qalaq, sənsə toya hazırlaşanlar kimi özünə yetişirsən.» -deyib, gözünü ondan çəkmədi.

Firidun gülumsiərək aram və həlim səslə: «dostlar! Mənim də halım sızdən qalan deyil. Məndə insanam. hissyatım var, ancaq mübarizə etmək yalnız vuruşmaq deyil, bizim hər bir hərəkət və izimiz mübarizə yolünün məşəlidir, biz vətən və düşüncəmizin yolunda özümüzü fəda etməklə, gələcəyin ilk uğurlu addımlarını atiriq, qoy gələcək nəsil bizləri yad edəndə, qürur və fəxrlə xatrlasın.

Mübariz insanların aldığı nəfəs və atdığı bütün qədəmləri mübarizə yolunda olmalıdır, insanların hamısı ölümə məhkum dur, gec-tez hamı bu dunyadan köçməlidir, yaşamaq kimi, ölmək də mübarizədır, necə yaşamaq kimi, necə və nə təhər ölmək də sənin düşüncə və fikirindən doğmalıdır. Ola bilər yol gedərkən qəza baş verə və bu dunyanı tərək edəsən. ölüm-ölümdür. ancaq necə ölmək və ölümlə mübarziə məşəlini gurlandırmaq və yeni nəsilin yolünü işıqlandıran ölüm hər kəsə qismət olmur, mən belə ölümü həyat kimi yaşayıram, bu ölüm deyil, əbədi həyatdir, önəmli ölüm odur ki, iz qoya və insanları düşündürəməyə vadar edə. bizim ölməyimiz də gərək diktatorlar üçün bir kabus olub, onların asayşını və rahatlığını əllərindən alsın.

Mən də bu dunyanın şirinliyni duyuram. yaşamaq gözəldi, ancaq necə yaşamaq! Bizim ölməyimiz yeni yaşam olacaq, biz ölümlə son sözümüzü deyirik  və dunya durduqca bizlər bu dunyada, bütün azad düşüncəli insanların ürəklərində yaşayacağıq». –dedi və dostlarından üzr istəyib, üzlərini döndrəmələrini xahiş etdi ki, paltarını diyşin.

O dustaq paltarını  çıxardıb, küncə qoydu, ağ köynəyi geyib qara şalvarı ayağına çəkdi. köynəyinin ətəklərini şalvarın içində səliqəyə salıb, kəməri bərkitdi. al-qırmzı qalustuku boynundan salıb düyünləyıb, buğazının altında rahatladı. corabları ayağına çəkib, bərq vuran qara çəkmənigeydi. qara pencəyi əlinə aldı. gülümsər halda dostlara baxıb: «necədir?» -sualını verdi.
Hamı onu suzurdu. dostların gözlərində sevinc və ürəklərində kədər, həyəcan içində idilər, danışmağa söz tapmırdılar, o isə barmaqları ilə qara şəvə kimi telini darayıb, sahmanlayırdı. sanki ya böyük bir təntnəli zal onu gözləyirdi…

Bəndin cingilti ilə qapısı açıldı. səliqəli forəm libasında bir sərhəng qapı ağzında göründü. Firidunü görcək, dərindən nəfəs aldı. heyranlıqla onu suzub bu yaraşıqlı insanın dustaq olduğunu unutdu bir anlıq, özünü güclə ələ alib: «Bu nə görkəmdir? Görüşə hazırlaşırsan?» -deyib. cavab gözləmədən gözətçiyə işarə etdi.

Gözətçi içəri girib, Firıduna yaxınlaşdı. onun əllərini qabaqda qandallayıb: «gedək» -dedi. Firidun təmkinlə, qapıya yaxınlaşdı, sərhəng salonda olan yaraqlı əsgərlərə işarə edib, vəzifələrini xatirlatdı, iki əsgər əli tüfəngli sərhəngin sağ və solunu qoruyaraq Firidunü öndən nǝzǝrət altına aldılar, ikisi də Firidunün arxasında , əlləri silahın qəbzəsində hərəkət edirdilər.

Salondan dustaqxanın həyətinə düşdülər. səhərin sərin yeli onları qarşıladı, zindanın həyətindəki ağaclarda civildəşən sərçələr bir an susdular. Onlar dustaqxananın dərvazasına tərəf hərəkət edib, dərvazanın yaxınlığında duran hərbi maşına yaxınlaşdılar. sərhəng keçib sürücünün  yanında, Firidun və əsgərlər maşinin arxasındakı oturacaqda… Əsgərlərin ikisi Firidunün sağ və solunda, o bırılər üzbəuz oturdular,  maşinin qapılarının örtülməsilə dərvazanın açılması bir oldu, maşin nərildəyib dərvazadan xiyabana şütüdü…

Təbrizin Səttarxan xiyabanı nizami qovvələrlə əhatə olunmuşdu, gulustan bağının qabağındasa  izdiham vardı. Əhrab məhəlləsində molla Hüseyn məscidinin minarəsindən subh azanı ucaldı, ağacların yarpaqları səhər mehindən titrəşirdi. quşcuğazlar civildəşə-civildəşə ağacların qol-budaqlarında hərəkət edirdilər, bu səhərin açılmasını və dan yerinin sökülməsini andırırdı.
Sıra ilə düzülən əsgərlər, yorulduqlarından və nigrançılıqdan öz içlərinə qapanmışdılar, xiyabanın bağ tərəfini iki sıra əsgər quruyurdu, hər sırada iyrmi əsgər vardı, ilk sıra ilə ikinci sıra kürək-kürəyə dayanaraq yaraqlarını hazır tutmuşdular. 

Xiyabanın kənarında ilk sıra ilə üz-üzə on metr aralıda yerdən bir metr hündürlükdə eni uç və uzunluğu beş metr olan taxtadan bir səki qurulub və ayrı əsgərlərlə əhatəyə alınmışdı, xiyabanın səthi beş pillə ilə səkinin səthinə birləşirdi. səkinin ortasında bir dar ağacı gözə çarpırdı, dar ağacından asılan edam ipi səhər yelindən saat kəfkiri kimi var-gəl edirdi.
Ərkin uca duvarından boylanan günəş, Təbrizin səhərin işqlandirib, xiyabanın Qonqa tərəfindən gələn maşinin şuşəsində əks olunub, insanların gözlərini qamaşdırdı. maşin səkinin yanında dayandı, sərhəng maşından enən kimi əsgərlər nizami görkəm alib, odun kimi qurudular. sərhəng azad deyib, pillələrdən səkiyə qalxdı. Maşinin dal qapısı açıldı. İki əfsər cəld yerə atılıb hazır dayandılar. Firidun əlləri bağlı maşindan düşdü. onun arxasınca iki əsgər də maşindan düşüb,qapını örtüb hazır vəziyyətdə dayandılar, maşin da yerindən hərəkət edib əlli metr gedib, xiyavanın kənarında dayandı.

Firidun aram və təmkinlə səkiyə tərəf yönəldi, adi baxışlarla ətrafı nǝzǝrdən keçirdi, yaraqlı əsgərlərdən savayı gözünə heç kim dəymədi. Pillələri qalxdı, elə bil Parıs şəhərinin sulh konfransı binasının pillələrini adlayırdı. Mətanətlə hərəkət edib orada olanları özünə cələb etdi. Səkiyə qalxandan sonra bağın içində olan insanları gördü, dodaqlarında təbəssüm yarandı.
Camaatın içində böyuk izdiham yarandı, heyranlıqlarını gizlətməyib, «urra» dedilər. Hamı  onun görkəminə valeh olmuşdu, hər saniyə sərhəngə bir ilkimi gəlirdi, qəzəbindən dil-dodağını gəmiribişarə ilə hər şeyn tez qurtarmasını tələb etdi.

İki əsgər Firidunün əllrinin qandalını qabaq tərəfdən açıb, arxada bağlamaq istədikdə , o, mane oldu, dar ağacının altında aslaq ipə yaxınlaşıb başından buynuna salaraq əllərini arxa tərəfdə bir birinə keçirdib hazır dayandı, bayaqkı əsgər qolları biləkdən qandallayıb yerinə çəkildi.

Firidun başını dik tutaraq, buğazında qəhəri buğdu. Günəş ərk qalasının duvarından bir qarış ucalmışdı. uzaqlarda göyün səmasında bir dəstə göyərçin göründü, o gözlərinin açısında Təbrizi yaddaşına köçürür və keçmiş günlərini xatrlayır, sanki Parısın sulh konfrans tribununda danışmaq üçün hazırlaşırdı. Sərhəngin qəzəbli və yoğün səsini eşitdi, sərhəng edamın icrasını tələb etdi. Bu an Firidunün ürək dolu səsi Təbrizin bütün küçələrini dolaşıb və onun öz qulaqlarında « yaşasın Azərbaycan…» əks-sədası verdi…