Elza İbrahimovanın 75 illiyi qeyd olunacaq

Elza İbrahimovanın 75 illiyi qeyd olunacaq

Dekabrın 5-də xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi keçiriləcək.

Yubiley Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

Tədbirdə Elza İbrahimbəyovanın sənətkar dostları onun ömür yolundan və Azərbaycan musiqisinə bəxş etdiyi ölməz sənət incilərindən söz açacaqlar.

Yubileydə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin və "Dan ulduzu” ansamblının ifasında bəstəkarın mahnıları səslənəcək.

Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub, Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.

O, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan və Dağıstanın xalq artistidir. O, 2012-ci il, fevralın 11-də 74 yaşında vəfat edib.