Əməkdar artist: “Ayağa dura bilmirəm”

Əməkdar artist: “Ayağa dura bilmirəm”

"Həkimlər mənə qanköçürmə prosesini də dayandırıblar”.

Bunu AzNews.az-a açıqlamasında onkoloji xəstəlikdən əziyyət çəkən, Azərbaycan əməkdar artisti, Musiqili Teatrın aktrisası deyib.

O bildirib ki, həkimlərin qənaətinə görə, qanköçürmə prosesini artırmaq olmaz: "Vurulan qandan başqa qidalanmam da güclü olmalıdır. Mənim isə iştaham yoxdur”.

Aktrisanın sözlərinə görə, televiziya çəkilişlərinə dəvət edilsə də bundan imtina edir: "Bu vəziyyətdə efirdə görünmək nəyə lazımdır? ATV də evə qəfildən gəldi, çəkiliş də evdə oldu. Bir də ki, ayağa dura bilmirəm. Artıq bütün çəkilişlər mənə mənasız gəlir. Heç nə dəyişməyib. Allah hər bir bəndənin köməyi olsun, mənim də onun içində”.

Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib.

Kult.az