Ermənilərin Kəlbəcərdə növbəti vandalizmi

Ermənilərin Kəlbəcərdə növbəti vandalizmi

Dağlıq Qarabağdakı qondarma rejim artıq 4 ildir ki, işğal altındakı Kəlbəcər rayonu ərazisində maddi-mədəni abidələrin aşkarlanması və sənədləşdirilməsi - daha dorusu erməniləşdirilməsi ilə bağlı proqram həyata keçirir.


Modern.az saytı xəbər verir ki, qondarma rejimin "turizm və tarixi abidələrin qorunması üzrə idarəsi”nin rəhbəri Sergey Şahverdyan yerli jurnalistlərə açıqlamasında deyib ki, bu illər ərzində Kəlbəcər ərazisində 200-dən artıq tarixi abidə aşkarlanıb.

Bu abidələr tunc dövründən tutmuş orta əsrlərə kimi olan müxtəlif dövrləri əhatə edir. Onların arasında kilsələr, qəbir daşları, qalalar və yaşayış məskənləri üstünlük təşkil edir. Şahverdyanın sözlərinə görə, artıq sənədləşdirilmiş abidələr yerli hökumət tərəfindən qorunur.

Ümumilikdə isə onun məlumatına görə, Dağlıq Qarabağ ərazisində 4 mindən artıq tarixi abidə qeydiyyata alınıb.

Qarabağ erməniləri isə iddia edirlər ki, aşkar olunmuş abidələr bu torpaqlarda tarixən erməni yaşayış məskənlərinin mövcud olduğunu sübut edir.