"Eşq” seriyası: "Sevginin 24 saatı”

"Eşq” seriyasından alban əsilli və hazırda Amerikada yaşayıb-yaradan şair, tərcüməçi, ədəbi tənqidçi Gjeke Marinajın "Sevginin 24 saatı” adlı şeirlər kitabı işıq üzü görüb. 

Ən müxtəlif mövzularda şeirlərin yer aldığı bu kitab mövzu rəngarəngliyi, fikir əlvanlığı, poetik dərinliyi ilə diqqət çəkir.  

Şeirləri dilimizə Elcan Salmanqızı tərcümə edib, nəşrin redaktoru isə Günel Şamilqızıdır. Seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir. 

"Eşq” seriyasından indiyə qədər İsi Məlikzadə, Eldar Baxış, Asif Ata, Paulo Koelyo, Orxan Pamuk və s. müəlliflərin kitabları, habelə dünya ədəbiyyatından seçmə nümunələrin yer aldığı nəşrlər çap olunub.

Müəllif barədə əlavə olaraq qeyd edək ki, əsərləri fransız, alman, rumın, serb, ispan, Vyetnam və s. dillərə tərcümə olunan, indiyə qədər 22 kitab qələmə almış G.Marinaj Riçland kollecində dünya ədəbiyyatı ilə yanaşı, ingilis dili və kommunikasiya üsulları fənlərini tədris edir. O, bir çox nüfuzlu mükafatlara layiq görülüb. 

Mənbə: Artkaspi.az