Euronews telekanalı Bakıda Forumunu işıqlandıracaq

Euronews telekanalı Bakıda Forumunu işıqlandıracaq

Dünyanın nüfuzlu Euronews televiziya kanalının Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etməsibu tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir.

Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews televiziyası arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq və tədbirdən sonra verilişi 1 həftə ərzində 20 dildə 20 dəfə nümayiş etdirəcək.