Nicat Həşimzadə  -  Evdə yox, küçədə sevişin

Nicat Həşimzadə - Evdə yox, küçədə sevişin

 

 

Küçədə öpüşmək olmaz. Çünki nalayiq hərəkətdir. Kim verib bu qərarı ? Qanunvericilikdə küçədə öpüşmək qadağan edilməyib . Bu məsələ nalayiq hərəkətlər sırasına da hüquqi mənada daxil edilməyib. İnsanlar tələb edir ki, sevgililər evdə öpüşsünlər. Bəlkə heç birinin evi yoxdur. Niyə kiminsə həyatına müdaxilə edirsiz ?

Gəlin, əsas bir məsələyə diqqət yetirək . Sivil ölkələrdə qızlar və oğlanlar uşaq yaşlarından dostluq edirlər. Azərbaycandasa buna rast gəlmək nadir hala çevrilib. Hətta baxçalarda da qızlar və oğlanlar biri – birilərindən qaçmağa çalışırlar. Siz elə bilirsiz ki, evdə öpüşəndə hər şey rahat olur, heç kim etiraz etmir ? İnanın ki, belə deyil. Bircə dəfə səs olsa qonşu qapını dağıdıb deyəcək ki, bir az sakit olun. Camaatın anası, bacısı var. Gecə də həmin kişinin oğlu pornofilmə baxır. Bu dəfə sən səsdən yata bilmirsən. Mən bu saxtakarlığa nifrət edirəm. Axı niyə səmimi ola bilmirik. Nəyə görə etiraf etməkdən qorxuruq ki, hüquq normaları, dini və mental dəyərlər təbiət qaydaları qarşısında acizdir.

İnsan ömrü çox qısadır, imkan verin, hər kəs istədiyi kimi yaşasın. Bu, bilirsiz nəyə bənzəyir? Oğlu gey olan ata eynicinslilərin münasibətinə mental qaydaları əsas gətirərək etiraz edir. Nə qədər ki, bu ölkədə atalar oğullara azadlıq verməyək, heç bir halda inkişaf olmayacaq. Gənclik dönəmlərində Rusiya küçələrində tanımadıqları qızları öpən kişilər indi gənclərin Bakı küçələrində öpüşmələrinə qarşıdırlar. Əgər küçədə öpüşmək pisdirsə siz niyə öpüşürdüz ? Əgər xoşuna gəlmirsə onlara baxmaya bilərsən. Bu tip xəstə təfəkkürlü adamların demokratiya tələb etməsi də axmaqlıqdır . Gənclərə məsləhət görürəm, heç kimə fikir verməyin, qoy danışsınlar. Öpüşün, sevişin. Təbiətin sizə bəxş etdiyi duyğulardan maksimum şəkildə yararlanın. Həyat bizə bir daha verilməyəcək.

Sevişmələrə etiraz edincə övladlarınıza yüksək təhsil verin, mütaliə etməyə həvəsləndirin. Boş – boş danışmayın. Mədəniyyət küçədə öpüşməmək deyil, mədəniyyət yüksək təhsil, yüksək bədii təfəkkürdür.

Ömrü boyu bir kitab oxumayan insanların etirazlarını ciddi qəbul etmirəm . Bildikləri tək bir şey var. " Milli mentalitet " . Başqa heç nə bilmirlər. Soruşsan heç bu anlayışın mənasını da bilmirlər . Hörmətli etiraz edənlər, bir az kitab oxuyun, hər şey düzələcək. Yoxsa insan hisslərinə hörmət edə bilməyəcək, azadlıq anlayışını qəbul edə bilməyəcəksiz . Küçədə öpüşmək olmaz, amma alt paltarını küçədən asmaq olar. Küçədə tum çırtlamaq olar. Uşaqların yanında siqaret çəkmək olar, qışqıraraq danışmaq olar. Təkcə öpüşmək olmaz . Milli mənəvi deyər xalqın ziyalılardır. Toy, xınayaxdı, bəyqaçdı, gəlingizləndi və s . gic – gic adətlər milli mənəvi dəyər deyil .

Bilirəm indi sual verəcəklər ki, bəs sən küçədə öpüşürsən? Sevgilim olsaydı öpüşərdim.   Əxlaqsız dahilər dünyaya daha vacib töfhələr veriblər, çünki onlar komplekssiz olub. Kompleksli insanlar isə qorxaq olurlar. Onlar üçün azadlıq anlayışı müəyyən ənənələrdən ibarətdir. Son olaraq bir daha deyirəm, öpüşün, sevişin, əylənin. İnsan ömrü hər an sona çata bilər. Ölüm anında insan üçün xalq, millət anlayışı sadəcə cəfəngiyyat kimi görünür .