Eynşteynin ən məşhur 12 AFORİZMİ

Eynşteynin ən məşhur 12 AFORİZMİ

Albert Eynşteyn dedikdə ilk ağlımıza gələn fizika və onun ən məşhur termini - "E=mc²" yada düşür. Amma hərdən yaddan çıxarırıq ki, o, həm də dövrünün ən böyük filosoflarından biri olub. 

Dahiyanə kəşfləri, nəzəriyyə və praktikalarından savayı məşhur deyimləri ilə tarixin ən unudulmaz simaları siyahısının ilklərindən olan Eynşteynin 12 məşhur aforizmini oxucular üçün təqdim edir:

1. Dahiliyin müəyyən bir sərhədi var, axmaqlığın isə yox.

2. Nə edirsinizsə, onu bacardığınız qədər sadə edin, amma qətiyyən bəsit yox.

3. İki atı eyni zamanda sürə bilməzsiniz. Nəsə edə bilərsiniz, amma hər şeyi edə bilməzsiniz. İndiki zamana köklənin və bütün enerjinizi bu an gördüyünüz işə sərf edin.

4. Bir xətanı ikinci dəfə təkrar etməyən ən mükəmməl insandır.

5. Allah zər atmaz.

6. Milliyətçilik bir uşaq xəstəliyidir - bəşəriyyətin qızılcası.

7. Məni ağıllı insan hesab edirlər. Bu, əsində mənim problemlər üzərində daha çox düşünməyimdən irəli gəlir.

8. Səhv etməyən insan yoxdur; insanlıq bütün səhvləri qəbul etmək və onları düzəltməklə yaranır.

9. Bugünə köklənin: gözəl bir qızı öpərkən avtomobil idarəedən birisi həmin öpüş sahibinə haqq etdiyi diqqəti verməyi bacarmalıdır. 

10. Əslində hər kəs dahidir. Amma bir balıqdan ağaca dırmanmaq istedadı tələb olunarsa, o, bütün ömür boyu özünü axmaq hiss edəcək.

11. Dəyər yaradın: Nailiyyətlər qazanmağa deyil, dəyərli olmağa çalışın.

12. Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.

Hazırladı Nuray

ANN.Az