Fərid Şirəliyev - Dəyişkənlik

Fərid Şirəliyev - Dəyişkənlik

Bu dünyanı incitməyin, Biraz acı, biraz şirin.. Xoşa gələn olmasa da, Fikri dayaz, Ruhu dərin. Ən qərəzli insanın da, Dünyasını əskiltməyin, Bu dunyanı incitməyin. Biz zamanın asılqanı, Zaman bizdən, Aslı qalıb. Çox ürəyə dağ çəkilib, Çox analar, Yaslı qalıb. İşıq gələn tərəflərin, Şöləsinə aldanmışıq. Bir ümiddən, Bir arzudan, Boyun çəkən qorxaq kimi. Bu dünyaya yük olmuşuq. Səs-küy salın, Səs qoparın. Hər ürəkdən gələn səsin, Hiyləsini eşitməyin. Bu dünyanı incitməyin. Bu dünyanı incitməyin. [12-6 14:00] .: Sənə ömür xəriclədim, Ehtiyacsız, biri kimi. Yetər mənə, Bu müsibət. Yetər mənə bu ağrı. Baş gözümə döyə-döyə. sənə ömür xəriclədim. Vaxtı satın alanlartək, Sənə ömür xəriclədim. Qaytar mənə, Qaytar mənə pillə-pillə. Rəqəmlərdən qopub düşən, Hər dəqiqiə, hər saatın. Məni bədxərc bilmə deyə. Sənə ömür xəriclədim. ölüm arzu edənlərtək. [12-8 19:34] .: Indi hər şey başqalaşıb, Danışılan hər nə varsa,yadda qalan, yaddan çıxan hər nə varsa Zaman-zaman insanların bir birindən oğurlayıb, insanlara zor gücünə yeridilən, insanlıq da başqalaşıb. İnsan haqqı kitab-kitab aslı qalıb rəf səfində. Nə baş verir? Ədalətdən danışmayan tanımıram, Mərhəmətdən danışmayan tanımıram. zülmü sevib,tərif edən, tanımıram, Tirbunalar qarşısında insanlığı bütləşdirib, insanlığa heykəl qoyulur. Çox keçmir ki,qan gölündə insanların nəbzi donur. İnam yoxdur Allah-Allah deyənə də, İndi hər şey başqalaşıb. Hər tərəfi bər-bəzəkli,zər zibalı, Libas kimi. Şərt kəsilir söz qoyulur, Bu dünyada əmniyyətin bir yolu var... Kimlər gəlib yaşamadı? bu dünya da hərə bir cür, Milyonlarla insanlara mərhəməttən süfrə açan Məzlumlar da, Milyonlarla insanlara zəlalətdən meydan açan, Zalım lar da,unudulan kimlər oldu, yadda qalan kimlər olub? Fironların,Nəmrudların arzusundan seçilmədi, Əmniyyətdən danışanın arzuları. Qan gölünə döndərilib terrorizim cəbhələri. Müsəlmanlar öldürülür, müsəlmanın öz əliylə. Başlarında daşa dönüb, İslam adı, Allah adı.
İndi hər şey başqalaşıb

Bu dünyadan incimişəm, Mənə başqa dünya verin. Başqa küçə,başqa şəhər, Hər nə varsa başqa verin. Lap ağlıma gələni də, Lap ağlımdan keçəni də. Lap onunla görüşdüyüm, O,döngəli küçəni də, Lap təzədən doğulum mən. Başqa ayda,gündə olum. Bu da yoxsa tez qocalim, Sanki yüz il öndə olum. Başqa dünya istəyirəm, Bəlkə orda gün görünə. Bəlkə orda qoya insan, Insanı insan yerinə. Bu dünyadan incimişəm, Mənə başqa dünya verin. Başqa şəhər,başqa küçə, Hər nə varsa başqa verin.