Flora Kərimovadan diasporamıza dəstək

Flora Kərimovadan diasporamıza dəstək

Benilüks Azərbaycanlılar Konqresi Niderland Krallığına daxil olan 12 əyalətdə soydaşlarımızın təşkilatlanması prosesini davam etdirir.

Aprelin 13-də Brabant əyaləti Azərbaycanlılar Məclisi ve Şimali Hollandiya Azərbaycanlılar İttifaqının yaranmasının təqdimat mərasimi keçiriləcək.

Yeni yaranmış təşkilatların tanıtma mərasimi ölkənin iri sənaye şəhəri olan Rotterdamda təşkil olunacaq.

Tədbirə Benilüks məkanında fəaliyyət göstərən Azərbaycan, Türk və digər diaspora təşkilatlarının üzvləri, diplomatlar, rəsmilər və media nümayəndələri dəvət olunub.

Mərasimdə həmçinin incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova, müğənni Rövşən Civişov da iştirak edəcək.