Fransua Rable nə üçün kralı zəhərləmək istəyirdi?

Fransua Rable nə üçün kralı zəhərləmək istəyirdi?

Məşhur "Qarqantua və Pantaqruel” romanının müəllifi, fransız yazıçı Fransua Rable (4 fevral 1494 – 9 aprel 1553) pulsuz səyahət etmək üçün qəribə üsul tapmışdı.

Bir dəfə Rable Liondan Parisə getməli olur, amma pulu olmur. Rable bir az fikirləşəndən sonra belə bir çıxış yolu tapır. Üstündə "Kral üçün zəhər”, "Kraliça üçün zəhər” və "Şahzadə üçün zəhər” yazılmış üç dənə paket hazırlayıb, yaşadığı mehmanxanada stolun üstünə qoyur.

Qulluqçu paketləri tapıb mehmanxana sahibinə verir, o isə lazım olan tədbirləri görür. Tezliklə yazıçını  həbs edib paytaxta, birbaşa I Fransiskin hüzuruna aparırlar. Yazıçının kralla münasibəti yaxşı idi, vəziyyəti izah edib paketdəki tozları hamının qabağında içir. Paketdə adi şəkər tozu var idi.

Yazıçının zəkası kralı yaman əyləndirir və kral Rableyə pul mükafatı verir.