Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsdan premyera

Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsdan premyera

Martın 15-16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
 
Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
 
Səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır.
 
Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada əməkdar artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Roza İbadova, Qədirhüseyn İsmayılov, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Elşən Hacıbabayev iştirak edəcəklər.

Kult.Az