Gəncə Dövlət Dram Teatrı üçün inşa olunacaq yeni binanın yeri müəyyənləşib

Gəncə Dövlət Dram Teatrı üçün inşa olunacaq yeni binanın yeri müəyyənləşib

Yaxın günlərdə Gəncə Dövlət Dram teatrı üçün yeni binanın təməli qoyulacaq.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, teatr üçün tikiləcək binanın yeri artıq məlumdur.
 
Gəncənin baş memarı Əli Rüstəmli isə bildirib ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil küçəsi ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. O, tikinti üçün təxminən 2 hektar ərazinin ayrıldığını, hazırda orada təmizlik, topoqrafiya və geologiya işlərinin aparıldığını bildirib.
 
Qeyd edək ki, prezident İlham Əliyev bu ilin yanvarında Gəncə şəhərinə səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak edib. Dövlət başçısı Gəncə Dövlət Dram Teatrı üçün binanın tikintisi üçün göstəriş də verib. Prezidentin sərəncamı ilə teatrın yeni binanın tikintisinə ilkin mərhələdə 3 milyon manat vəsait ayrılıb.