Günel Abduraxmanova - Qatar

Günel Abduraxmanova - Qatar

Gedən qatar gözlə məni. Vaqonunda qoy yellənim. nəğmə olsun səsin mənə, baxım yoldan ötənlərə. Ey gözəl yar,səslə məni, qoy mən dalım xəyallara. Yaz sən məni kitablara,vərəqlərə, sətir-sətir, qara-qara. Əsən külək, savur məni, yerdə, göydə hər nə varsa hər bir şeyi al özünlə. Götur məni ,qat onlara. Apar məni uzaqlara Doğan günəş, yandır məni mən alışım alovunda. Yanım, yanım qoy kül olum. Üşüməyim bu dünyanın Boranında, çovğununda. Ey əzrail, apar məni. götür məni bu dünyadan. Doğrulardan, yalanlardan, qalanlardan, gədənlərdən ayır məni. Basdır məni bu torpaga. Əziz insan, ağla məni. Bu dünyada əzablara, xətalara, günahlara dayanmayan bu qəlbimi ağla, insan! İkiuzlu insanlara, üzdə mələk olanlara, qaralara və ağlara ağla, insan! Taleyinə agla,insan!!!"