Günel Abduraxmanova - Töküntülərim

Günel Abduraxmanova - Töküntülərim

Heç bir şey dəyişmirdi.. Mən elə həmin mən olaraq qalmaqda idim. Bəzən ruhumun ağırlığında əzilərkən, bəzən də səmalara uçurdurdum xəstə ruhumu. Kim idim axı mən? Nə idim? Qovalamırdım artıq xəyallarımı. Heç onlarda artıq qaçmırdılar. Hisslərimi, duyğularımı yığdığım altı deşik torbalarımı qoymuşdum qapı ağzına. Heç kim onları aparmırdı. Lazımsız əşya kimi... Pəncərəmin ağzına sərçələr qonur. Baxmasamda bilirəm ordadılar. Onlar digərlərindən fərqlənirlər. Digərləri addım atarkən, onlar iki ayaqları üzərində tullanırlar. Belə dahamı tez olur məsafələri aşmaq, deyə düşünmədən dayana bilmirəm. Sərçə olsam necə olardı görəsən.... Divarlara yazıram dilimdən tökülən cümlələri. Dirsəyimdə izi qalır qələmimin qara keçmişi. Silinmir, ya da mən cəhd eləmirəm.. Hekayələrim yarım qaldı. Tamamlanmamış, deyilməmiş sözlər. Bağışlanmamış kəslərin susqunluğu. Qəlbimin divarlarına yazılmış bir cümlə: "Bura zibil atmaq qəti qadağandır" və bir neçə zibil.....töküntü... qırıntı.......