Günel Abduraxmanova - Yenə təkəm

Günel Abduraxmanova - Yenə təkəm

Bayram gəldi yenə təkəm...

Boz küçələr..

Soyuq hava...bir də şəhər...

Qucağında veyil-veyil hərlənirəm...

işıqlarla əylənirəm..

İsti nəfəs həsrətilə bayramımı qeyd edirəm..

Bayram gəldi..

Barışıram..

Öz-özümlə, həyatımla, qədərimlə

barışıram...

Tonqalımı qalayıram ürəyimdə

Dərdlərimi tonqalımla odlayıram..