Günel - Abduraxmanova - Qadınım

Günel - Abduraxmanova - Qadınım


Adın həsrət
Uzağım, əlçatmazım..
yada sala bilmədiyim mahnım..
çətinim..
Yoxluğun ölüm...


Adın sevgi...
ürəyim, xəyalım..
dilimdəki kəlməm...
udquna bilmədiyim anım..
səssizliyimin qışqırtısı...
yoxluğun əzab...


Adın ehtiras..
utanışım..cəsarətim..
saçların qandallarım...
dodağın əsarət...
yoxluğun azadlığım...

Adın mələk..
bəlkə şeytan?..
Günahım,tövbəm..
məni məndən alan
qadınım...
varlığın cənnət...
yoxluğun ......



Günel Abduraxmanova