Gözəgörünməz qanunlar. Mörfi qanunları

Gözəgörünməz qanunlar. Mörfi qanunları



Yəqin ki,hər birimiz gündəlik həyatda müəyyən
xoşagəlməz hadisələr,tərsliklərlə
qarşılaşırıq.Bizə elə gəlir ki,sanki hər şey bizim
əleyhimizə işləyir.Bəzən bizə lazım olan,olması
ərəkən şeylər əvəzinə bizə qətiyyən lazım
olmayan,baş verməsini istəmədiyimiz şeylər
baş verir və bizim əleyhimizə olan nəticələrə
gətirib çıxarır.Bəs bu qanunauyğunsuzluqların
özünün də müəyyən qanunauyğunluqlarını əks
etdirən qanunların olduğunu bilirdinizmi?Yəqin
ki,hansınızsa "Mörfi qanunları” adlana
qanunların adını eşitmişik.Hansımızsa bu
qanunlar haqqında müəyyən bilgiyə
malikik.Bəzilərimizin isə bu qanunlardan
ümumiyyətlə məlumatı yoxdur.Aşağıdakı yazıda
bu çox maraqlı qanunlar haqqında qısa şəkildə
məlumat verməyə çalışacam.
"Mörfi qanunları” adlanan bu qanunları
Amerikalı mühəndis Edvard Mörfi tərəfindən
yaradılmışdır.O,1949-cu ildə raket texnikası
sahəsində sınaq apararkən cihazlardan birinin
cüzi fərqlə səhv bağlaması nəticəsində bütün
sistemi pozdu.Elə bu hadisə Mörfinin həyatda
rast gəldiyimiz tərslikləri özündə birləşdirən bu
qanunları yaratmasına gətirib çıxardı.
Bu məşhur qanunların əsasını əks etdirən ən
əsas deviz budur: ”Əgər hər hansı bir işdə bir
tərslik yaşanması ehtimalı varsa bu tərslik
mütləq yaşanacaq”.
Gəlin biz də bu qanunların bəziləri ilə qısa
şəkildə tanış olaq:
- İşləməyən hər hansı bir əşya təmirə
gətiriləndə işləməyə başlayır.(Yəqin ki bu
hadisə bəzilərinizin başına gəlib)
- Siqaretin tüstüsü həmişə çəkməyən adam
tərəfə gedir
- İmtahana hazırlaşdığımız vaxtlarda yuxumuz
gəlir,imtahan bitəndən sonra isə yuxumuz sanki
ərşə çəkilir.(Bu hal yəqin ki,imtahana
hazırlaşan abituriyentlərə tanış mənzərədir.)
- Əlimizdən yerə düşən hər bir əşya
yuvarlanaraq götürülməsi ən çətin olan yerdə
dayanır.(Bu hadisəylə hər birimiz tez-tez
rastlaşırıq.)
- Nə vaxt maşınımızı yusaq yağış yağar,yağış
yağacaq deyə maşınımızı yumasaq yağış
yağmayacaq.
- Diqqətlə gözlədiyimiz avtobus mütləq siqareti
yandırdığımız anda gələcək.
- Bir şeyi təmir etdiyimiz anda əllərimizin yağlı
olduğu anda burnumuz qaşınmağa başlayacaq.
-Axtardığımız şeyi ən son baxdığımız yerdən
tapacayıq.
- Kibrit qutusunda olan üç uzun və bir qısa
kibrit çöpü olmağına baxmayaraq uzun çöpü
götürmək istədiyimiz anda qarşımıza mütləq
qısa çöp çıxacaq.
Bu qanunları yetərincə uzatmaq olar.Bu
qanunlar həyatımızda olan bütün gözlənilməz
hadisələri dolğun şəkildə özündə əks
etdirir.Müddəalarda verilən hadisələr sadəcə
müəyyən bir nümunələrdir.Qanunların saysız-
hesabsız nümunələri ilə gündəlik həyatımızda
tez-tez rastlaşa bilərik.Möfinin qanunları
həyatda baş verən ən əsas tərslik və
gözlənilməzlikləri özündə əks etdirən ən əsas
qanunauyğunluqlardır.
Bu qanunların əksi olaraq Hervard Zekhauser
yeni qanunlar irəli sürdü və bu qanunları
"Yhprum” qanunları adlandırdı.Bu ad da
"Murphy” sözünün əksinə yazılmasından
götürüldü.Həmin qanunlarda isə Mörfi
qanunlarının əksinə olaraq deyilir :”İşləməyən
hər şey əslində işləyir”.
Lakin bu qanunların yaranması da Mörfi
qanunlarının məşhurluğunu və aktuallığını
azaltmadı.Bu qanunlar bu gün də dünyada əsas
ən məşhur qanunlardandır.Fikrimcə bu
qanunların belə məşhurlaşmasının səbəbi elə
məhz hər kəsin rastlaşdığı və hər kəsə aid olan
hadisələrlə bağlı olmasıdır.

Məhəmməd İsrayılzadə

Ədəbiyyat.biz