Habil Əliyev xəstəxanaya düşdü

Habil Əliyev xəstəxanaya düşdü

Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyev xəstəxanaya düşüb.

5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhətilə bu tibb ocağına yerləşdirilib.

Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.

Modern.az saytının əməkdaşı ötən gün Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlayaraq, Habil Əliyevin vəziyyətini xəbər almaq istəyib. Məlum olub ki, xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb. Həkim xalq artisinin vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar.

Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.

Kult.Az