Hamlet Xanızadənin doğum günüdür

Hamlet Xanızadənin doğum günüdür

Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoymuş sənətkar, Azərbaycanın əməkdar artisti Hamlet Xanızadənin bu gün anadan olduğu gündür.

Hamlet Xanızadə 1941-ci ildə doğulub. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Burada orta təhsil alıb.

Atası Bəbir kişi onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olub. Hamlet uşaqlıqdan teatra, kinoya meylli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. Hamlet Xanızadə bu sənəti sidq ürəkdən sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi ruhunda yaradılmışdı.

Çox tamaşalarda oynayıb.