Həmkarlarımız İTV-nin qonağı oldu

Həmkarlarımız İTV-nin qonağı oldu

Kultura.az saytının rəhbərliyi Azərbaycan dilində ciddi mədəniyyətin yaranmasını mümkünsüz hesab edir

Bu gün həmkərlarımız, kultura.az- rus dilli Azərbaycan Mədəniyyət Portalının yaradıcı heyəti İctimai televiziyanın qonağı olub.Portalın baş redaktoru, yazıçı Əli Əkbər, şef redaktoru bəstəkar Elmir Mirzəyev və saytın yazarı Ülvi Mehdi İTV-nin populyar “Qaraj” verilişində çıxış ediblər.
Verilişdə çoxlu mübahisə doğuracaq fikirlər səslənib.
Məsələn, Azərbaycan dilində ciddi mədəni, kulturoloji mətnləri yaratmağın mümkünsüzlüyü, bizdə şəhər mədəniyyətinin olmaması, Bakıda az-çox movcud olan mədəni insanların da yalnız rusdillilərin olması və s. bu kimi radikal fikirləri misal gətirmək olar.
Verilişin təkrarı bu gün saat 12-00-da yenidən İTV-nin efirində nümayiş olunacaq./Kultaz/