Heydər Əliyev Mərkəzində “Sloveniya Günü” keçiriləcək

Heydər Əliyev Mərkəzində “Sloveniya Günü” keçiriləcək

Martın 13-də Heydər Əliyev Mərkəzində Sloveniya Respublikasının Azərbaycandakı səfirliyi və fəxri konsulluğunun təşkilatçılığı ilə "Sloveniya Günü” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olacaqlar. Sərgidə Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərləri təqdim ediləcək. Sloveniya sənətçisi Ljuben Dimkaroski isə dünyanın ən qədim fleytasında müxtəlif musiqilər səsləndirəcək. Qeyd edək ki, Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 55 min il yaşı var.

Həmin gün, həmçinin Heydər Əliyev Mərkəzində məşhur "Eroika” qrupunun konserti keçiriləcək. Matjaz Robavs (bariton), Aljaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət trio tamaşaçılara maraqlı musiqi proqramı təqdim edəcək. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxacaq.

Qeyd edək ki, qrupun repertuarına ingilis, ispan və italyan dillərində bir çox ölkələrdə hitə çevrilmiş mahnılar, eləcə də Sloveniya, Serbiya və Xorvatiyanın pop mahnılarının remeykləri daxildir.

Edebiyyat.biz