"Heyvanlar üçün Oskar"ın qalibi elan edildi

"Ən yaxşı heyvan aktyor" mükafatı Kristal adlı meymuna verildi.

Amerika Heyvanları Mühafizə Assosiasiyasının "Pawscars" ("Pauskar": "paw" - pəncə və "Oscar" sözlərindən düzəldilib) adlanan bu mükafatına "Heyvanlar üçün Oskar" da deyirlər. 

Kapusin cinsindən olan Kristal 18 illik aktyorluq fəaliyyətinə görə mükafatlandırılıb. 

O, "Doktor Dulitl", "Muzeydə gecə", "Hangover-2" (rusc. "Мальчишник в Вегасе") kimi məşhur filmlərdə çəkilib. Bradley Cooper, Ben Stiller, Matt Damon, Robin Williams kimi aktyorlarla. 

Kristalı "Heyvanlar aləminin Ancelina Colisi" də adlandırırlar. 

Bahalı aktrisadır.

Məsələn, "Baytarlıq klinikası" serialında çəkildiyi epizoda görə 12 min dollar qonorar alıb. 

Treneri Tom Gunderson-la birlikdə Los Ancelesdə yaşayır. 

Kristal "Hangover-2" filminin premyerasında

Oxu Zalı