Paşa Hikmət - Freddinin lənəti

Paşa Hikmət - Freddinin lənəti

Freddinin az qala qorxudan ürəyi yerindən çıxacaqdı. Tələsik addımlarla, iki yüz ildən çox yaşı olan Provaslav kilsəsinə gedirdi. Qeyri-adi görünüşü ilə seçilən kilsəyə yaxınlaşdıqda qapını təpiklə açdı. Həmin vaxt Kilsədə yalnız yaşlı bir qara libaslı keşiş var idi ki, o da Tanrını izzətləndirmək üçün Haleluya oxuyurdu. Öz ilahisini yarım qoyan keşiş qaşlarını çataraq Freddi-yə baxdı. Freddinin ciddi problemi olduğunu keşiş anlamışdı, lakin heç bir bəhanə izin vermirdi ki, Tanrının evinin qapıları təpiklə açılsın. Keşiş heçnə demədən əlindəki Biblianı yerinə qoydu. Freddi isə sakitcə keşişə baxırdı. Sanki etdiyi əmələ görə peşiman olmuşdu. Qorxudan ağappaq idi, gözləri də dolmuşdu. Saatlarca ağlaması üçün bircə baxış belə bəs edərdi. Keşiş öz sakitçiliyini itirmədən Freddi-yə yaxınlaşdı. Əlini onun sağ çiyninə qoyaraq, həm ona köməklik edə biləcəyini, həm də bayaqkı səhvini bağışladığını bildirdi.

-Oğul Tanrı deyir ki, çiyinlərinizdəki dərdlər sizi yorduqda onları mənə verin. Mən isə qarşılığında sizə sevinc bəxşiş edim. Başa düşürəm, sənin də dərdlərin çoxdur və onları Tanrıya vermək istəyirsən. Amma ilk öncə səbrli ol və dərdini yavaş-yavaş danış. Rəbbin izni ilə çarəsin taparıq.

Keşiş sözünü bitirməmiş, Freddi keşişin ayaqlarına qapandı və hönkür-hönkür ağlamağa başladı.

-Əziz keşiş, mənim Tanrıya imanım var və bazar günləri gəlib ibadət edirdim. Məsihə yenidən ibadət etmək istəyərəm amma bu bəla icazə vermir. Bayaqkı hərəkətimə görə isə, yalvarıram bağışlayın ! Bir anlıq əsəblərimi idarə edə bilmədi. Onsuz da belə getsə, intihar edəcəm.

-İntihar əfv olunmayan günahdır və cəzası isə sonsuza qədər Cəhənnəmdir. Özün isə dediyinə görə, imanlısan. Məgər intiharın cəzasını bilə-bilə, hansı əməldir ki, səni intihara məhkum edib ?

Keşişin Qayğıkeş səsi Freddini daha da cəsarətləndirdi. Göz yaşlarını silərək danışmağa başladı.

-Deməli, hər şey bir ay bundan iki il əvvəl başladı. Bir gün yorğun vəziyyətdə işdən çıxanda kiminsə məni izlədiyini gördüm. Bir həftə sonra isə ünvanı bəlli olmayan məktublar almağa başadım. Məktublar çapla yox, əl yazma ilə yazılmışdı. "Səni izləyirik !” yazılmışdı.

Bu məktub məsələsi keşişin hər nə qədər də maraqlı gəlsə də, keşiş sanki bu hadisəni dinləmək istəmədi, sona qədər dinləməyə tərəddüd etdi.

-Oğul bəlkə sən bunun üçün ilk polisə getməli idin ?!

-Əziz keşiş polisə də getmişəm. Hər birini sona qədər danışacağam amma xahiş edirəm, məni sona qədər dinləyin.

Keşiş sağ əli ilə ağarmış saqqalını sığallayaraq, diqqətini Freddi-yə verdi.

-Mən daha sonra hər ayın on üçü bu məktubları almağa başladım. "Biz səni sevirik !” , "Səni izləyirik !” , "Sən ölməlisən ki, İsa günahlarını əfv etsin !” – bu və başqa cür mesajlar almağa başladım. Bu isə insanda psixi problemlər yaradır. Bilmirəm əqli problemlərim yaranırdı ya yox amma parklarda, küçələrdə mənə diqqətlə baxan insanları görürdüm. Onlar heç bir hərəkət etmədən, yalnız parklarda oturacaqlarda əyləşib məni izləyirdi. Çox vaxt isə üzləri görsənmir, üzlərini gizlədirdilər. Bəzən isə, iyrənc və qorxulu gülüşü olan maskalı insanlar mənə baxırdı. Sağ əlləri ilə məni salamları çox iyrənc idi. Lənət olsun, ....(söyüş söydü) Üzr istəyirəm keşiş amma xahiş edirəm anlayın məni.

-Oğlum bu cür məsəllər polisin, dedektivin işidir. Bəlkə kimsə səninlə zarafat edir ?! Və ya sənin həyatda düşmənin varmı ? İfadələrində isə təhqir işlətməsən sevinərəm. Unutma ki, bu Tanrının evidir !

-Xeyir bu həyatda heç kimim yoxdur. Özüm uşaqlar evində doğulmuşam. Demək olar ki, kimsəsizəm. Özüm isə bir şirkətdə reklam işində işləyirəm. Həyatımmda qadın yoxdur və həyatım isə, iki otaqlı evim, işim və parklarda oturacaqlardan ibarətdir. Polisə də getmişəm. Hazırda da orda mənim işimə baxılır. Amma onlar da heç bir şey tapmayıblar. Sadəcə deyiblər ki, məktublar bir nəfər tərəfindən yazılmır və başqa-başqa ölkələrdən gəlir. Amma kim edir, nə edir bəlli deyil. Evimə isə şənbə günləri iki polis nəzarət edir. Amma bu lənətə gəlmiş məktublar necə olursa, hər şənbə günü gəlir. Arada bir də gecələr, iki polisin məni uzaqdan izlədiyini görmüşəm. Yəni keşiş anlayırsan məni ??? Anlayırsanmı necə hiss keçirdirəm ?! Anlayırsanmı hər şənbə günü, qapında iki polis ola-ola təhdid məktubu almaq nədir ? Bilinməyən insanların, qorxunc maskaların səni izləməsi nədir ??? Məni qoruyan Rəbb İsa niyə kömək olmur ?! Axı bu lənətə gəlmiş dünyada kim mənə köməklik edəcək ?? Kim............???

Keşiş Freddinin vəziyyətinin pisləşdiyini görüb, ona bir stəkan su gətirdi.

-Rəbb İsa həmişə bizimlədir. Onun izni ilə sən bura gəldin və onun izni ilə də, çarə tapacaqsan.

-Keşiş, mənə ən dərin dualardan oxu ! Yalvarıram ! Bəlkə o məktubu mənə göndərən iblisdir, cinlərdir ? Polis belə onları əla keçirə bilməyibsə, onlar ancaq iblisin adamları ola bilər ! Bəli !....Mən buna əminəm. Məqsədi mənim ruhumu Cəhənnəmə aparmaqdır. Həm də bu gün ayın on üçüdür və mən hələ də məktub almamışam və çox narahatam ! Lənət olsun çox qəribədir. Məktub almadığım üçün bilmirəm sevinim ya daha da narahat olum. –kinayəli şəkildə güldü.-Necə edək indi keşiş ?

Keşiş heç bir söz demədi. Başını aşağı və yuxarı salaraq razılıq əlaməti bildirdi. Freddiyə Bibliada öz təsirli dualar oxudu, şamlar yandırdı. Yağa batırılmış xaçı onun alnına vuraraq, Məsihin onu qorumasını istədi. Kilsə qanunlarına uyğun olan duaları, ibadətləri etdilər. Ən sonda isə Rəbbi izzətləndirmək üçün, Haleluya ilahisini oxudular. Freddi Kilsədə o qədər rahatlandı ki, heç evə də getmək istəmirdi. Amma öz-özünə qərar aldı ki, artıq məktublar da gəlmir. Yəgin ki, narahatlıq geridə qaldı. Kilsədə meditasiya Freddi çox təsir etdi. Daha sonra isə evinə getdi. Lakin keşişlə razılaşmışdı ki, sabahları yəni bazar günü də kilsəyə gəlsin.

Səhərisi günəş daha gec doğdu. Sanki dünya qaranlıqdan çıxmaq istəmirdi. Keşiş Freddi üçün yeni dualar hazırlamışdı. Səbirsizliklə onun yolunu gözləyirdi. Amma axşam düşənə qədər Freddi gəlmədi. Hətta həmin günü, və daha bir həftə gəlmədi. Freddi gəlmədi. Bir həftə sonra keşiş qəzet oxuyarkən, orda onun gözünə ölüm xəbəri dəydi. Bir nəfər intihar etmişdi. Dəhşətlisi isə bu idi ki, həmin şəxs Freddi idi. Keşiş Freddinin intihar edəcəyinə inana bilmirdi. Çünki o kilsədən getdikdə çox yaxşı idi. Keşişə də dön-dönə təşəkkür etmişdi. Keşiş bir anlıq düşündü ki, Freddi intihar yox, öldürülüb. Amma bu düşüncə bir anlıq oldu. Yaşlanmış keşişin ömrünə onsuz da az qalmışdı. Belə bir məsələ araşdırıb ömrünü daha da qısaltmaq istəmirdi. Elə bu məsələ də müəyyən vaxtdan sonra unuduldu. Yaşlılıqla bağlı keşişdə əqli sorunlar yaranırdı. Bu məsələni unutmaram, deyən keşiş belə unutdu. Bir insan ömrü mənasız bir səbəbə görə məhv oldu. Amma kimsə araşdırıb məsələnin həllini tapa bilmədi. Sizcə o məktubların arxasında kim yatırdı ? Və nəyə görə belə bir əməl görürdü ? Niyə bu hadi Freddinin başına gəldi ? Niyə...? Niyəəəəəəəəə ? Lənətə gəlmiş niyələr isə heç bir problemə həll deyil.

EPİLOQ

Oxuduğun hadisə əsil həyatda baş vermiş yüzlərlə hadisələrdən biridir. Yüzlərlə Freddi unudulub. Bu hadisə isə 1960-cı illərin əvvəllərində baş verib. Bu hadisəni dostumun atası, dostumun atasına isə həmin kilsədə işləyən kilsə işçisi dostu danışmışdı. Həqiqət nədir ? CİA 1958-1960-cı illərdə öz yeni layihələrini həyata keçirmək üçün özünə qurbanlar seçmişdi. Həmin qurban insanların üstündə onlardan belə xəbərsiz təcrübələr həyata keçirirdi. Bir insanın fiziki və mənəvi çöküşünü öyrənmək üçün yüzlərlə bu cür təcrübələri həyatdan keçirib. Bizim qəhrəman Freddi-yə isə bu cür zənglər edərək, onun çöküşünü izləyib, bir insana psixoloji necə təsir edə biləcəklərini öyrənmişdilər. Əslində Freddi tək deyildi. Freddi kimi yüz minlərlə insan bu təcrübələrin qurbanı olmuşdu. 1980-ci illərdə bəzi sənədlər açılarkən bir CİA işçisi insanı dəhşətə gətirən bu sözləri demişdi. "Bizə qarşı gələ bilməyən hər kəsdən istifadə etdik !” Sonda isə sizə bir sual vermək istəyirəm. Altmış il bundan əvvəl bu qədər şeytani planlar təşkil edən CİA və başqa güclər bir fikirləşin indiki dövrdə hansı layihələri hazırlayır. Bəs ən əsası sizin də CİA və başqa güclər tərəfindən seçilmiş qurban olmadığınıza əminmisiniz ?!