Hikmət Süleymanlı – X saylı Dəlixana (hekayə)

Hikmət Süleymanlı – X saylı Dəlixana (hekayə)

Yenə səhər açılmışdı və günəş şüaları otağın hər yanına yayılmışdı. Günəşin şüası düz gözümə düşürdü. Bu gün tezdən oyanmışdım. Pencərəyə yaxınlaşdım və təbiətin gözəlliyinə baxdım. Əslində dünya necə də gözəldir. Amma biz insanlar onu çox bərbad günə qoymuşuq. Pencərənin önündə o qədər düşündüm ki, bir anlıq dəlixanada olduğumu unutdum. Bəli dəlixana- heçdə xoş səslənmir...

Əslində mən dəli deyildim. Ümumiyyətlə heç kim dəlixanada özün dəli saymır. Buradakı insanlara görə, əslində ən ağıllı özləridir. Əsil dəlilər isə əlləri ciblərində, boyunlarından asılı qalustukları ilə gəzirdi. Bəzən onların heçdə yanılmadığını düşünürdüm. Amma bu təmiz başqa bir mövzudur. Burada olmağı heç cürə həzm edə bilmirdim. Onlarla insana yaxşılıq etmişəm. İndi o yaxşılıq etdiklərimin heç biri yanımda yoxdur. Bir nəfər belə gəlib məni yad etmir. Əsəbdən dişlərimi qıcayıb, dodaqlarımı gəmirirdim. Mən axı niyə burdayam ?! Axı niyə?! Niyə........?!!! Gəlin qayıdaq ən başa. Biraz keçmişə gedək. Hər şeyi əvvəldən izah edim.

Adım Zaurdur və 29 yaşım var. Çox imkanlı bir ailədə dünyaya gəlmişdim. Heç vaxt maddi sıxıntı çəkməmişdim. Bütün istəklərim qeyri-şərtsiz yerinə yetirdi. Yəni tək-tük insanlardan biri idim ki, həyatımdan çox razı idim. Atamın bir şirkəti var idi ki, sonra o mənim adıma keçdi. Biznes işlərinə həvəsim yox idi deyə bu işə qeyri-ciddi yanaşırdım. Vaxtımın çox hissəsini dincəlməklə keçirərdim. Müxtəlif ölkələri, şəhərləri gəzirdim. Pullarımın qədrini bilmirdim. Ancaq xarici ölkələrdəki disko barlarda qızlara xərcləyirdim. Bir dəfə xeyir əməl etməmişdim. Günümü ancaq içib , qızlarla əylənməklə keçirərdim. Çox ərkəsöyün və özümdən razı idim. Amma istəmirdim ki, yaxın tanışlarım məni ərkəsöyün biri kimi tanısınlar. Ona görə insanlarla çalışdığım qədər səmimi olurdum. Onlarla elə davranırdım ki, güyə səmimiyə. Düşünürdüm ki, onların gülüşü də səmimidir. Onların maskasına aldanır, iç üzlərini görə bilmirdim. Ən yaxınlarımın əsas məqsədlərinin əslində şirkətimə yiyələnmək olduqlarını heç anlamamışdım. Hər şey həmin gün başlamışdı.

Səhər tezdən oyanıb gəzintiyə çıxmaq istədim. Qulağımda nauşnik, şortik və sportmen stili geyim ilə gəzməyə çıxmışdım. Üzü Bulvara tərəf asta sürətlə qaçırdım ki, birdən əmimoğlunu gördüm. Bir restoranın həyətində əyləşib yemək yeyirdi. Məni gördükdə tanıdı və tez ayağa qalxıb əli ilə məni çağırdı. Onun yanına çatan kimi tez salam verib qucaqlaşdı.

-Salam Zaur necəsən qardaşım ? Çoxdandır görüşmürük.

-Salam Əli mən yaxşıyam qardaşım, sən necəsən ? –deyə məndə salamlaşdım. Əslində oturub uzun-uzun danışmaq istəmirdim. Amma Əlini də yaxşı tanıyırdım. Bilirdim ki, azı yarımca saat söhbət etməmiş məni buraxan deyil. Və o söhbətə davam etdi.

-Yaxşı olasan qardaşım. Otur biraz söhbətləşək.

-Həə oturaq danışaq amma mənim indi uzağı bircə saat vaxtım var.

- Eybi yox. Bir az danışaq, sonra yenə görüşərik. Yəgin acsan gözlə indi sənə bir yemək deyim gətirsinlər.

-Hə oturaq bir yemək yeyək.

Yeməyi gətirdilər. Yanında da bir stəkan ayran var idi. Ayranın dadı yeməyə başqa gözəllik qatırdı. Yeməyi yedikcə Əlinin əsgərlik xatirələrini dinləyirdim. Özümü elə aparırdım ki, güyə həvəslə onu dinləyirəm. Ləziz yeməyi yeyib bitirdim. Əli ilə sağollaşıb ayağa qalxmaq istədim ki, qalxa bilmədim. Müqavimətimi bir anlıq itirdim. Özümü piyan kimi hiss edirdim. Bir dəqiqə içində bütün tarazlığımı itirmişdim. Ayaq üstündə qala bilmirdim. Gözlərim yumulurdu. Axı nə oldu mənə? Görəsən yediyim yeməkdənmi zəhərləndim ya hava çox isti idi bəlkə günəş vurmasına düşdüm? Əli mənim belə olduğumu gördü və tez ayağa qalxdı.

-Zaur!..Zuar! Eşidirsən məni ? Necəsən Zaur bir danış görüm ? Nə oldu sənə axı ?

Gözlərimi biraz açıb Əliyə dedim.

-Əli başım ağrıyır. Dərman ver Əli ! Kömək elə!

Sanki Əli bu işə hazırlıqlı idi. Və cibindən bir aspirin çıxartdı. Mən dərmanı tez uddum. Bir az sonra sanki başımın ağrısı bir qədər kəsildi. Elə bu vaxt bir neçə afisantda yaxınlaşdı. Əli onlara hər şeyin qaydasında olduğunu izah edib, təlaşa ehtiyyac olmadığını dedi. Bu mənə biraz şüphəli gəldi. Əli elə bil olacaqları bilirmiş kimi özünü itirmədən dərmanı verir. Sizcə də burda bir qəribəlik yoxdurmu? Hər şey cəmi bir saatın içində baş vermişdi. Kaş elə o vaxt şüphələnərdim. Kaş elə hər şeyi o vaxt anlayardım.

Sən demə o atdığım dərman aspirin deyilmiş. İnsanı psixoloji cəhətdən dəli edən bir dərman imiş. İnsanı bir neçə gündə dəli edə bilərmiş. İnsanda bütün sinir sistemlərin məhv edir. Sonra insan xəyallar görməyə başlayır. Yuxu ilə real həyatı səhf salır. Özündən asılı olmadan anormal hərəkətlər edir. Gah qışqırır, gülür, gah da ağlayır. Bunları etməsindən isə xəbəri olmur. Olanları xatırlaya bilmir. Məndə bu hissləri keçirmişəm. Əsəbdən başımı günlərlə divara vururdum. Bütün dırnaqlarımı çıxartmışdım. Dodaqlarımı gəmirirdim.

Sən demə əmimoğlu, əmim, bibm birləşib mənə qarşı oyun qurublarmış. Məni tez-tez qonaqlıqlara çağırardılar. Yeməyimə dərman qatıb, üzümə gülə-gülə yedizdirərdilər. Günlər keçdikcə artıq ağlımı itirirdim. Sözün əsil mənasında dəli olmağa başlamışdım. Qəribə xəyallar görməyə başlamışdım. Bir neçə həftəyə artıq tam dəli oldum. Həyatda ən böyük zərbəmi aldım. Əmimgil istədiklərinə nail oldular. Şirkətim və evim əlimdən çıxdın. Şirkəti öz adlarına keçirdilər. Məni isə bir dəlixanaya yerləşdirdilər.

Bax mənim hekayəm belədir. Sizə danışdığım bu əhvalatdan artıq bir neçə ay keçib. O vaxtdan bu günə qədər çox şey dəyişib. Etdiyim pisliklərin cəzasını aldım. Amma hər şey bununla bitmir. Hər nə qədər günahkar olsam da qəlbimin dərinliklərində Tanrıya inanırdım. Etdiklərimə görə bir gün hesab verəcəyimi bilirdim. Həqiqətən də ilahi ədalət dedikləri var. Əmimgil öz adlarına keçirdikləri şirkəti bankrot etdilər. Əmim buna dözə bilməyib intihar etdi. Bibim başqa bir milyoner kişi ilə evləndi. Əmimoğlu isə tüfeyli həyat sürür. Və baş qəhrəman mən. Mən isə bu gün dəlixanadan çıxıram. O şirkətə görə isə üzülmürəm. Çünki o mənim deyildi. Ona laiq deyildim. İlahi ədalət necə də gözəldir. Mənə həqiqəti göstərdi,etdiklərimin cəzasını aldım. Həmçinin əmimgilin iç üzün açdı və onları cəzalandırdı. Mənim hamıdan gizlətdiyim bir üç otaqlı evim, bir də mağazam var. Bir gün başıma pis bir şey gəlsəydi orda qalmaq üçün almışdım. İndi isə ora gedirəm və öz isti evimdə qalacam. Sonra öz mağazamı işlədib, xoşbəxt bir həyat sürəcəm. Həyatımın yerdə qalanın isə öz yeni həyat yoldaşıma və uşaqlarıma sərf edəcəm. Onlar üçün yaşayıb, onlar üçün mübarizə aparacam. Həqiqəti mənə açdığı üçün Tanrıya minnətdaram!

Hikmət Süleymanlı