Hind rejissoru “Əli və Nino”nu ekranlaşdırır

Hind rejissoru “Əli və Nino”nu ekranlaşdırır

 
2015-ci ildə Qurban Səidin eyni adlı əsəri əsasında çəkilmiş "Əli və Nino” bədii filminin premyerası olacaq.
 
Sonuncu Kann festivalında bu layihənin iştirakçıları kiçik təqdimat keçiriblər, əsas aktyorların, rejissorun və ssenari müəllifinin adını açıqalayıblar.
 
Cari layihədə aparıcı qüvvə İngiltərədə yaşayan hind kinematoqrafçılarıdır. Onlar rejissor Asif Kapadia və əsas rollardan birinin ifaçısı Adam Bakridir.
 
Asif Kapadia Böyük Britaniyada hindlilər tərəfindən çəkilən  bir sıra filmlərin müəllifidir. Adam Bakriyə gəldikdə isə, o əslən İsraildən olan etnik ərəbdir.
 
Filmin ssenari müəllifi britaniyalı yazıçı və rejissor Kristofer Hampton, prodüseri Kris Taykerdir.
 
Filmin büdcəsi və çəkiliş məkanı məlum deyil. /turan.az/