"Hörümçək adam"ın ssenaristi vəfat etdi

Amerikalı ssenarist Alvin Sarcent vəfat edib.

Yarpaq.az Hollywood Reporter-ə istinadən xəbər verir ki, 92 yaşlı ssenaristin təbii səbəblərdən öldüyü bildirilir. 

Qeyd edək ki, Alvin Sarcent "Hörümçək adam 2”, "Hörümçək adam: Əks olunmuş düşmən” "Yeni Hörümçək adam” filmləri ilə məşhur idi. Ssenarist həmçinin "Culia" və "Adi insanlar" filmlərinə görə "Oskar" mükafatına layiq görülüb.