İbrahim Məmmədli -  Tariximizə Türkiyə modelinin tətbiqi

İbrahim Məmmədli - Tariximizə Türkiyə modelinin tətbiqi

   Zəngin bir keçmişimiz var.Bu danılmaz faktdır.Ancaq bu tarix,kitablarımızda cəmiyyətə doğru çatdırılmaması nəticəsində "fəlakətlə” nəticələnir. Hər zaman xatırladığım və çox sevdiyim bir cümlə var: "Tarixini bilməyənin,coğrafiyasını başqaları çəkər.”

   4 gün öncə Çanaqqala zəfərinin 100 illiyini qeyd etdik. Yüz il öncə Anadolu insanı Osmanlının parçalanmış son halını - əsas hissəsini qorumaq üçün son damla qanına qədər vuruşdu və bu savaşdan anlı ağ çıxdı.Sizcə Türkiyədə elə bir insan tapılarmı ki,bu qələbəyə sevinməsin? Və ya keçmişi ilə utansın? Anadolu insanı Osmanlısı,Səlcuqlusu və ondan əvvəlki tarixləri ilə qürur duyurlar.Getdikləri bütün yerlərdə fəxrlə öz keçmişləri haqqında danışırlar.


   Digər tərəfdə də başqa bir qonşumuz "qondarma soyqırımı” qeyd etdi.Dünyanın 20-dən çox dövləti bu soyqırımı rəsmən tanıyıb.Maraqlısı da budur ki,bu dövlətlərin əksəriyyəti okeanın o tərəfindəki Latın Amerikası ölkələridir.

    Bu il həm də "qondarma soyqırım” böyük hay-küyü ilə yadda qaldı.Avropa Parlamentindən tutmuş Roma papasına qədər hamı soyqırımı tanıdı. Buna cavab olaraq Türkiyədə milliyətçilər,kamalistlər,ərdoğançılar (MHP,CHP,AKP) TBMM-də birləşdilər.Belə bir hadisənin olması,yəni əzəli-əbədi "düşmənin” ölkənin çıxarları üçün ədavəti bir kənara qoyub birləşməsi bizim üçün də çıxaracaq dərs olmalıdır.

   Azərbaycanın ən böyük probleminin Qarabağ olduğunu hamımız qəbul edirik.Ancaq qəbul etmək bu 20 ildə bizə heç nə verməyib.Biz hələ ən böyük problemimizdə də ortaq məxrəcə gələ bilmirik.Məsələn,fikirləşin ki, MP ilə YAP vəya YAPla AXCP və ya MP,YAP,AXCP və son illərdə ölkənin düşünən beyni olan ReAl birləşib.Təsəvvür edib,özünüzü yormayın.Belə bir hadisə mümkün deyil.Bunun da bir çox səbəbləri var,əlbəttə.

   Anadolu insanı altı əsr yaşamış Osmanlını necə sevirsə,biz də 23 ay yaşamış AXC-ni elə sevməliyik. "Gün var əsrə bədəl” sözü tam da burda yerinə düşür: 23 ay=6 əsr. Bu 23 ayımızda böyük bir tarix yatır.Səfəvilərdən,Ağqoyunlu-Qaraqoyunlu,Şirvanşahlardan və s. fərqli olaraq AXC-ni ölkədə təxminən 90% insan sevir.10% insansa, İrəvan məsələsində ilişib qalıb.


   Bəzən Türkiyədə vətən sevgisinin,bayraq sevgisinin necə olduğunu görüb həsəd aparırıq.Hərbiyə çağırılanda da canla başla gedirlər,əsl vətən sevgisi ilə.Bizdə bu mümkündürmü?! Mümkün deyil.Çünki,bu və digər sahələrdə olan problemlərlə yanaşı  tariximizin sovet dövründə təhrif olunması,müstəqillik dövründə də ciddi araşdırmalara ehtiyac duyulmaması bu kimi problemlərin yaranmasına gətirib çıxarır.Ona görə də tarixi nöqteyi nəzərdən Türkiyə modelinin tətbiqi vacibdir.