İki məşhur əsər Azərbaycan dilində!

İki məşhur əsər Azərbaycan dilində!

Frans Kafka – Milenaya məktublar

Tərcümə: Həbib Həbiboğlu

Kitaba böyük Avstriya yazıçısı, "Qəsr” və "Dəyişilmə” əsərlərinin müəllifi Frans Kafkanın aşiq olduğu çex jurnalisti Milena Yesenskayaya ünvanlanmış məktubları daxil edilib. 1920-ci ilin yazında o, F.Kafkanın nəsrini çex dilinə tərcümə etməyə başlayıb, onların yazışmaları və sevgi macəraları da elə o zamandan başlanğıc götürüb və cəmi bir neçə ay davam edib. Kafkanın tərcümeyi-halını yazan Klod Davidin təbirincə desək, "onların eşqi yazıçının itmiş ümidinə və həyatına qüdrətli şəfəq saçsa da, sonradan heç vaxt olmamış bir boşluq yaradıb”. Kafkanın daimi qorxu hissi və Milenanın ziddiyyətli xarakteri onların xoşbəxtliyini qeyri-mümkün edib ki, dərc olunan məktublarda da bu haqda dönə-dönə bəhs olunur.


Tom Rat, Donald Klifton - NİKBİNLİYİN GÜCÜ

Tərcümə: Müqəddəs Şahbazov

Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir. Kitabın müəllifləri həyatda çox böyük çətinliklərlə üzləşiblər, lakin onlar nikbinlik və ruh yüksəkliklərini saxlayıblar, uzun və xoşbəxt ömür sürüblər. 

 Real həyatda optimist  insan istənilən vəziyyətdə yaxşı nəsə axtarır. İşdə və dostlarınızla münasibətdə  pozitiv əhval-ruhiyyədə olmağınız, eyni zamanda  nikahınızı möhkəmləndirə və öz doğma uşaqlarınızın arasında nüfuzunuzu qaldıra bilər. Tom Rat və Don Kliftonun  kitabında istənilən həyat şəraitində pozitiv emosiyalar yaşamağınıza kömək edən beş strategiyadan bəhs edilir. Emosiyaların sizin həyatınıza və sağlamlığımıza nə dərəcədə ciddi təsir etməsini bilmək istəyirsinizsə, bu kitabı oxuyun. Çoxsaylı tədqiqatlar göstərir ki, pozitiv köklənmiş insanlar daha uzun ömür sürürlər. Bu kitab da sizə həyata pozitiv münasibət bəsləməyə kömək edəcək.

Kitab geniş auditoriya üçün nəzərdə tutulub.

Edebiyyat.biz