İçki şüşələrində möcüzə yaradan rəssam - FOTOLAR

İçki şüşələrində möcüzə yaradan rəssam - FOTOLAR

    Jim Dingilian öz yaradıcılığı ilə kreativliyin sərhədlərini aşan rəssamlardandır. O yanan şamdan istfadə edərək boş içki şüşələrinin içərisində mükəmməl  sənət əsərləri  yaradır.
    Jim əsərləri haqqında aşağıdakıları qeyd edib: "Mən miniatür işlərimdə əsasən şəhər kənarında yerləşən sirli və bir qədər də qorxulu görünən çox sadə təbiəti olan əraziləri təsvir edirəm.Yol kənarından,  avtomobil dayanacaqlarının yaxınlığından tapdığım boş içki şüşələri nin hərəsi bir istehlak əsəridir, heyranlıq və ya qorxu əks etdirən..”
    Onun içki şüşələrinin içərisinə bu cür detalli şəkilləri  nə cür təsvir etməsi müəmmalı qalsa da düşünürəm ki, iti başlığı olan alətdən istifadə edərək şam hisindən qaralmış şüşəni cızır. Lakin bunu anlamağım heç nəyi dəyişmir. Jim çox əmək, diqqət, vaxt tələb edən və heyrətamiz nəticələrlə sonlanan işlər görür.
    Dinglianın işləri hazırda iki ayrı sərgi salonunda nümayiş olunur ;12.08.2012 tarixindən Nyu York Incəsənət və Dizayn Muzeyində "Swept away”  adı altında və  10.06.2012 tarixindən Aldrich Müasir Incəsənət Muzeyində Subtraktiv şəkillər adı altında.

// note.az