İki yazardan bir esse -

İki yazardan bir esse - "Bəşəri məzhəkə 2"

Nifrət zəkanı aydınlaşdırır,

İnsan sevgidən doğulmur.

Eşq ehtiyacdan doğur, güclü insanlar tənha qalmağı bacarırlar.

Səfillər təbiətin kor rahibləridi.

Rahibələr eşqdən məhrum olduqları üçün monastıra gedirlər,

Tanrı onlara şərab verməkdən utandı.

Tanrı şərabın özüdür.

Yaşamaq üçün doğulmaq lazım deyil.

Doğulmaq unudulmaq üçün edilən məşqdir.

İztirablar həzdir...

İztirabların həzz olması cəfəngiyyatdır. Bəşər övladı mazoxist olduğu üçün belə düşünür.

Bütün iztirablar həzzə gedən yoldur...

Bağışlanmaq arzusu günahkar olduğunu hiss etməkdir, bəs bağışlanmağını diləmədən günahlarına davam etmək nədir?

Qüsursuzluq...

Öz həyatın üçün yüzlərlə adamı qurban vermək nədir? Vicdansızlıq yoxsa nəhayətsiz həyat eşqi?

Bütün eşqlər də qüsursuzdur. Bəs nəhayətsiz eşqin iztirabları ölümsüzlük deyilmi?

Fəsləfə insanın öz axmaqlığına haqq qazandırmasıdır.

Fəlsəfə tənhalığın uğursuz sonatasının sonuncu akkordundan doğan cəfəngiyyatdır.

Cəfəngiyyat insan zəkasının çözə bilmədiyi hadisələrə verdiyi addır

İnsan zəkası Tanrının kübarcasına uydurmasıdır.

Tanrı insan zəkasının uydurmasıdır.

Zəka dünyanın bəkarətini pozur. Zəka ruhun təlatümüdür...

Bəkarəti pozulmuş dünya azadlıq himni oxuyur,

Himnin sözləri müqəddəs Maqdalenanı hamilə...

Vücudlar toxunmadan bəşər övladının əsası qoyula bilməz. Uydurmalara inanmıram!

Vücudlar toxunarkən də cəhənnəm olar. İnsanlara inanmıram...

İnsan adlı vəhşi heyvanın olduğu hər yer cəhənnəmdir.

Heyvanlar insanlardan daha sədaqətlidir.

Ölülər yenidən həyata qayıtsa dünya daha bərbad olardı.

Dünyamız onsuzda bərbaddır...

Nicat Həşimzadə, İsmayıl Rizvanoğlu