İlkin Tomar - Getmisən (Rəssam: Michael Parkers)

İlkin Tomar - Getmisən (Rəssam: Michael Parkers)

Sözlərin gül-çiçək, qəlbim bağ oldu,

Qurudu dibçəyim, son gülüm soldu,

Hicran talan etdi, eşq gülün yoldu,

Uzaqdan nəfəsin soldurdu məni,

Dizlərim taqətsiz, bitib qüdrətim,

Sənsizəm, sənlidir sözüm-söhbətim,

Sevgimi öldürməz sənə nifrətim,

Sonumdur, yoxluğun öldürdü məni,


Köçdün həyatımdan qaranquş kimi,

Payızın sonuna gələn qış kimi,

Qayıtma, oyatma yatmış sevgimi,

Birdə ürəyinə gətirmə məni,

Asan deyil, heç də unutmaq səni,

Yalanla ovutdum yanan qəlbimi.

Fəsillər səpmədi saçıma dəni,

Sənsiz xəyallarım qocaltdı məni,


Nə sözlərin gücü yetdi bu eşqə,

Nə ürəyim tab gətirdi bu yükə,

Göylərin üsyanı, ağlar bu dərdə,

Sənsizlik, üsyanım söndürdü məni,


Göz yaşım silindi, qurudu bitdi,

Bir sevgim var idi, unutdu getdi.

Liman sahilimdə yox oldu itdi,

Sevgi rüzragıyla səsləmə məni.