İlkin Tomar - QOCA İNSAN (rəssam Zdzislaw Beksinski)

İlkin Tomar - QOCA İNSAN (rəssam Zdzislaw Beksinski)


Pillələri qalxa - qalxa,

Ölməyi də unutmusan.

Hələ yaşa,

Qoca insan,

Hələ yaşa, qoca insan.

Çirkablara bata - bata,

Usanmadın, arzulardan,

Diləklərdən,

Xəyallardan.

Hələ yaşa, qoca insan.

Bəlkəkərlə irəllədin,

Beş yıxıldın, bir qalxdın,

İməklədin,

Yorulmadan.

Hələ yaşa, qoca insan.

Günah cala günahlara,

Günü günə sata - sata,

Tövbə nədir?

Unutmusan?

Hələ yaşa, qoca insan.

Satın aldın Qiyaməti,

Baha olmaz bil qiyməti,

Dünya malı?

Aldanmısan!

Hələ yaşa, qoca insan.

Mən yazıram, sənsə oxu,

Sənin kimi gəlib çoxu,

Yolun bitdi,

Tək qalmısan.

Hələ yaşa, qoca insan.

Uzun - uzun, yolun uzun,

Sönüb sənin dan ulduzun,

Dünya üçün,

Parlamısan.

Hələ yaşa, qoca insan.

Üzdə cəsur, sən pəhləvan,

Tülküdən bil olmaz aslan,

Zirvədəsən,

Uduzmusan.

Hələ yaşa, qoca insan.

Hələ tapda bu torpağı,

Udacaq bir gün o səni.

Yoxsan daha,

Məzardasan.

Hələ yaşa, qoca insan.

Tövbələrin birgünlükdür,

Arzuların çox böyükdür,

Düzgün həyat sənə yüdür,

Hələ yaşa, qoca insan.

Yorulmadın yaşamaqdan?

Dünya qədər yaşı olan,

Doymadınmı, qoca insan?

Hələ yaşa, qoca insan.

Baxışında min hiylə var,

Yer də, göy də sənə çox dar,

Seçdin qəlbə iblisi yar,

Hələ yaşa, qoca insan...

Geriyə bax, çəkinmədən,

Yaralanmış xatirələr,

Tək bu oldu sənə qalan,

Hələ yaşa,

Qoca insan

Günahkarsan

Üsyankarsan....

Hələ yaşa, qoca insan.


İlkin Tomar