İlkin Tomar - Yuxuma gəl

İlkin Tomar - Yuxuma gəl


Yuxuma gəl, çağırılmamış qonaq kimi,

Toxun mənə, amma oyatma.

Oyatma, oyatma yuxulu sevgimi,

Bu necə yuxudur, İlahi?

Qoxun gəlir burnuma.

Yoxsa əlçatmazsan deyə,

Dönmüşəm mən Məcnuna?

Dinmə, qoy danışsın gözlərin,

Baxım bir cüt günəşə mən.

Bəlkə o gözlərdən qəlbini gördüm,

Bəlkə o qəlbində özümü gördüm.

Eh... Ümidlərim tükənməzdir.

Sənin qəlbin bir səhradır.

Mənsə... Mənsə bir susuz dərviş.

Bir damla su, bir damla sevgi.

Necə də qəribədir.....

Nə su var, nə də ki sevgi...

Yox! Su da var sevgi də var.

Sadəcə dərviş kordur.

Bəlkə də kor olan sənsən sən.

Görmürsən....

Baxırsan. Amma görmürsən.

Kabussan libasın mələkdən.

Sən zərifsən kəpənəkdən.

Bezmişəm yuxudan, bu kələkdən.

Hər yuxum keçir sanki ələkdən.

Torda qalan daşlarlar kimi.

Xəyallardan ilişmişəm...

Sus. Danışma. Daha getməlisən!

Bu yuxunu tərk etməlisən.

Həyatda tərk etdiyin kimi.

Yuxumda da gedəcəksən.

Axı oyanmalıyam bu qəflətdən

Axı oyanmalıyam bu yuxudan.

Oyanmalıyam. Oyanmalıyam.

Səhərdir. Gecəyədək əlvida.

Əlvida. Sevgilim. Oyanmalıyam....

Oyanmalıyam, Gözəlim, əlvida.