İmamverdi Cəlil - Sokratla qısa tanışlıq

İmamverdi Cəlil - Sokratla qısa tanışlıq


FƏLSƏFƏ TARİXİNDƏ BÖYÜK İZ QOYMUŞ FİLOSOFLARDAN BİRİ SOKRAT;ÖZ DÜSÜNCƏLƏRİNİ AZAD İFADƏ EDƏN BİRİSİ OLUB
GƏNCLƏR ARASINDA APARDIĞI TƏBLİĞAT ƏMƏLLƏRİ ONA ÇOXLU DÜŞMƏNLƏR QAZANDIRMIŞDIR VƏ ZƏHƏR İÇİRDİLƏRƏK EDAM ETDİRİLMİŞDİR.

Həyat tarixçəsi

Fəlsəfədən başqa heç bir elmlə məşğul olmayan bu filosof e.ə 469-cu ildə Afinada (Yunanıstan) dünyaya göz açıb.Atası Safroniks daşyonan,anası Fenareta mamaça olmuşdur.Gənc yaşlarında orduda xidmət etmiş,Afina və Sparta arasındakı müharibədə Afina tərəfdən döyüşərək böyük şücaət göstərmişdir.
Onun yaşadığı dövrdə Afinada çoxlu məktəblər var idi.Çox vaxt açıq havada yığışar,çubuqla qum üzərində yazı yazardılar,o dövrdə daha ibtidai imkanlarla ,çöplərlə toplama çıxma və.s öyrənərdilər.O şagirdlərinə Afina küçələrində gəzə - gəzə nələrisə öyrətməyi xoşlayırdı.Heç vaxt yazmamış,yazılı bir əsər ortaya çıxarmamışdır,onun dediklərini şagirdi Platon qələmə almışdır.
Anytos(varlı tacir və siyasətçi),Meletos(istedadsız gənc şair) və Lykon(natiq) tərəfindən dövlətin tanıdığı tanrılara inanmamaqda gunahlandırılmış məhkəməyə verilmişdir.Afina məhkəməsi onu edama məhkum etmişdir (baldırğan otundan hazırlanan zəhəri içərək həyatına son vermişdir)

Fəlsəfəsi

"Onu bilirəm ki, heç nə bilmirəm" bu aforizm hər birimizə tanışdır.O demək istəyirdi ki, allahın müdrikliyi yanında insan biliyi çox cuzidir.
Adətən Sokrat fəlsəfəsinin üç cəhətinə diqqət çəkirlər:1) Fəlsəfənin dialektik olması 2)Anlayışların induksiya yolu ilə müəyyən edilməsi 3) "Xeyirxahlıq bilikdir" formulu ilə ifadə olunmuş etik rasionalizm
Sokrat insandan dörd şeyi tələb edirdi:müdriklik, cəsurluq, xeyirxahlıq və ədalət

Məhkəmə nitqindən...

Afinalilar!
" Həqiqət budur ki,yalnız bir gerçək müdrik var o da Tanrıdır O bu işdə mənim adımı yalnız misal olaraq çəkir və demək istəyir ki, ey insanlar sizin ən müdrikiniz Sokrattək heç nə bilmədiyini biləndir"
"Artıq ayrılmaq vaxtıgəldi hər kəs öz yoluyla getsin mən ölməyə siz isə yaşamağa …. .. .. Hansı daha yaxşıdır? Bunu tanrıdan başqa heç kəs bilə bilməz"

Aforizmləri

Onu bilirəm ki, heç nə bilmirəm,

Danış səni görüm

Biz yemək üçün yaşamırıq yaşamaq üçün yeyirik və .s




İmamverdi Cəlil