İranda Mübariz Cəfərlinin iki kitabı nəşr edilib

İranda Mübariz Cəfərlinin iki kitabı nəşr edilib

Tehranın nüfuzlu "Əndişe-yi noo” nəşriyyarında yazıçı Mübariz Cəfərlinin  məşhur  trilogiyasının son əsərləri- "Bənna”  və  "Bağban” romanları da,  çapdan çıxıb. 

Yarpaq.az-ın verdiyi xəbərə görə, kitabları ərəb əlifbasına Elyar Polad çevirib.

Xatırladaq ki, bundan əvvəl trilogiyanın birinci romanı – " Bərpaçı”  da həmin nəşriyyat tərəfindən nəşr edilmişdi.

Qeyd edək ki, bu romanlar çağdaş nəsrimizin ən yaxşı nümunələrindən sayılsa da, indiyədək ölkəmizdə kitab halında nəşr olunmayıb.